Nida.az
Milli Məclis “oba”-nın “abad”la əvəzlənməsinə etiraz etdi
Milli Məclisin bu gün xüsusi sessiyasının son iclası başlayıb.
Publika.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov gündəliyin müzakirəsindən öncə cari məsələlərə yer ayırıb.
Spiker çıxış edərək Prezident İlham Əliyevin AŞPA-dakı çıxışına
toxunub: “Prezident Azərbaycanı layiqincə təqdim etdi, Azərbaycanın
alnı açıq olduğunu Avropaya sübut etdi”.
Spiker çıxış edərək gündəliyin müzakirəsindən öncə cari məsələlərə yer ayırıb.
Gündəliyə 6 məsələ daxil edilsə də, deputatların etirazından sonra məsələlərin sayı 5-ə endirilib.
Gündəlikdən çıxarılan məsələ isə Xaçmaz rayonunun Niyazoba kəndinin
Niyazabad kəndi adlandırılması haqqında qanun layihəsi olub.
Deputatlar kəndin adından türk kökənli “oba” sözünün çıxarılaraq,
fars kökənli “abad” sözünün salınmasına etiraz ediblər.
Spiker Oqtay Əsədovun qərarı ilə məsələ müzakirəyə təqdim olunmadan
gündəlikdən çıxarılıb.
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO