Nida.az
“Başçını işləməyə qoymurlar” - Deputat Tahir Kərimovu müdafiə etdi
Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov “Olaylar” qəzetində Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov barədə tənqidi materialın dərc olunmasına etiraz edib.
Salyandan seçilmiş deputat Ə.Hüseynov Publika.az-a açıqlamasında yazılanlardan xəbərsiz olduğunu bildirib.
O deyib: “Məgər həbsə düşən bütün adamları başçı tutdurur? Hər kəs özünə görə cavabdehdir. Kim nə əməl törədirsə, özü cavab verməli olacaq. Maşallah olsun ki, Tahir müəllim rayonda nə qədər böyük işlər görüb. İndi də başçı rayonun hər yerində abadlıq işləri gördürür. Ancaq imkan vermirlər ki, bu adam işləsin. Başçını işləməyə qoymurlar. Mən Tahir Kərimovu indi tanımıram, çoxdan bəri yaxşı tanıyıram. Bu adam gələndən bəri yaxşı işləyir. İndi qoyun işləsin də. Digər rayonlar da var. Baxın görün nə gündədir. Kimsə həbsə düşürsə, və yaxud da hər hansı pis əməl törədirsə, bunu başçının ayağına bağlamaq olmaz. Bunun üçün hüquq-mühafizə orqanları var, qanun var. İcra başçısı hüquq-mühafizə orqanı deyil. Axı icra başçısı nə pislik edir? Başın salıb aşağı işini görür də. Onunla nə işiniz var? Ola bilsin ki, başçını kimlərinsə gözü götürmür. Ancaq bu adam işləyir də. Mən rayonun deputatı kimi deyirəm ki, başçı haqqında şikayət eşitməmişəm, hamı ondan razıdır”.
Xatırladaq ki, “Olaylar” qəzetində Salyanın icra başçısı Tahir Kərimov barədə tənqidi material dərc olunub.
Vasif Həsənli
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO