Sərdar Cəlaloğlu Nobel almaq üçün 20 il gözləyə bilər
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu Nobel almaq üçün 20 il gözləyə bilər

S. Cəlaloğlu Nobel Komitəsinə də müraciət etdiyini deyib: “Lakin onlar bildirdilər ki, bu cür kəşflər institutlar tərəfindən təqdim edilməlidir.

“Elmi kəşfimlə bağlı iki həftə öncə İran səfiri ilə görüşüb bu barədə məlumat vermişəm. İndi o nəzəriyyəni onlara təqdim edəcəm. Roma papasının burdakı nümayəndəsi ilə də əlaqə saxlamışıq. Kardinalla görüşüb fikirlərimi izah etmək istəyirəm. Amma o, Gürcüstanda olduğu üçün, hələ görüşə bilməmişəm. Yəqin ki, bu həftə, ya da gələn həftə Elmlər Akademiyasına da təqdim edəcəm”.

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, yeni elmi nəzəriyyə irəli sürən Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında bildirib. S. Cəlaloğlu Nobel Komitəsinə də müraciət etdiyini deyib: “Lakin onlar bildirdilər ki, bu cür kəşflər institutlar tərəfindən təqdim edilməlidir. Ona görə də akademiyaya təqdim edəcəm, orda müzakirə edilib qəbul olunandan sonra onların xətti ilə Nobelə də göndərəcəm”.

Amma S. Cəlaloğlu Nobel mükafatı almaq üçün nə az, nə çox, düz 20 il gözləyə bilər.“Burda maraqlı bir nüans var. Fizika sahəsində, düzdür mənim nəzəriyyəm xalis fizika deyil, lakin təbiətlə bağlıdır, Nobel almaq üçün 20 il gözləmək lazımdır. Qayda belədir. Çünki bu il ərzində nəzəriyyə oraktikada özünü doğrultmalıdır. Ümumiyyətlə bu qayda şərt fiziki kəşflərlə bağlıdır, digərlərinə aid deyil. əgər nəzəriyyəmi xalis fiziki kəşf kimi təqdim etsək 20 il gözləmək lazım gələcək. Amma ola bilsin ki, fiziki-fəlsəfi kəşf kimi təqdim edək. Görək necə olacaq. Amma onu da deyim ki, Nobel Komitəsinə müraciət etməyim sırf təkəbbürüm, yaxud mükafat almaq məqsədimlə qətiyyən bağlı deyil. Sadəcə olaraq bunun dünyada qəbul olunması üçün edirəm”-deyə S. Cəlaloğlu bildirib.

Qeyd edək ki, S. Cəlaloğlu elmi nəzəriyyəsini Nobel Komitəsinə, eyni zamanda dinlə də əlaqəli olduğu üçün Xamneyi və Roma Papasına təqdim edəcəyini bildirmişdi. Onun nəzəriyyəsi mütləq həqiqəti öyrənən elm- kondisiologiyadır .

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm