“Gəlin 30 qadın Ağdama gedib, çadır quraq”- Şok təklif
Bizi izləyin

Nida.az

“Gəlin 30 qadın Ağdama gedib, çadır quraq”- Şok təklif

“Mən təklif edirəm ki, 30 qadın, 30 kişi Ağdama gedib orda çadır quraq. Bir neçə gün orda qalaq, görək beynəlxalq təşkilatlar nə deyəcək. Çünki bu, bizim torpaqlarımızdır”.

Bu təklifi hüquq müdafiəçisi Novella Cəfəroğlu Publika.az-a açıqlamasında səsləndirib.

Hüquq müdafiəçisi qeyd edib ki, sərhədə gedib Azərbaycan hərbçilərinin müşayiəti ilə işğal altındakı torpaqlara keçmək lazımdır: “Bu qədər azərbaycanlıya nə edəcəklər. Görək, onda ATƏT, qətnamələr qəbul edən BMT nə edəcək, nə deyə biləcəklər”.

N. Cəfəroğlu bildirib ki, Kəlbəcərə gedən azərbaycanlılar öz doğma torpaqlarına gediblər: “Onlara bunu heç kim qadağan edə bilməz. Çünki biz bayramlarda öz əzizlərimizin qəbirlərini ziyarət edirik, amma onların atalarının, analarının, əzizlərinin qəbirləri işğal altında qalıb. Buna onların da haqqı çatır. Biz bu məsələni beynəlxalq təşkilatların diqqətinə həmişə çatdırırıq. O torpaqlar bizimdir, bizim ora getməyimizə haqqımız çatır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm