Azərbaycana qarşı böyük təxribat
Bizi izləyin

Nida.az

Azərbaycana qarşı böyük təxribat

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Publika.az türk mediasına istinadən xəbər verir ki, Ermənistandan gələn 50-60 nəfərlik qrup 12 Havarilər Kilsəsini gəzdikdən sonra Qars qalasına çıxıblar. Burda rəhbərlərinin erməni dilində verdiyi məlumatları dinləyən erməni qrupunun bir hissəsi qalanın yüksək divarlarına çıxıb, Ermənistan bayrağını qaldıraraq erməni marşı söyləyiblər. Yerdə qalanlarsa onları alqışlayıb.

Qalada olan bir neçə qarslı onlara hərəkətinin təxribat olduğunu deyib. Yerli əhali səlahiyyətli şəxslərin belə təxribatlara qarşı çıxmasını istəyiblər. Onların da fikrincə, Ermənistanda belə bir şeyin edilməsinə icazə verilməz. Amma ermənilər tarixi saxtakarlıqla məşğul olur.

Qeyd edək ki, daha çox Azərbaycan türkünün yaşadığı Qars 1922-ci il 11 sentyabrda bağlanan eyni adlı müqavilə ilə Türkiyəyə birləşdirilib.

Ermənilərsə digər torpaqlara iddia etdikləri kimi, Qarsa da həmişə iddia edirlər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm