Nida.az
Fazil Mustafa: “Qarabağ məsələsində sehrli heç nə baş verməyəcək”
Millət vəkili, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa prezidentlərin Soçi görüşü ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsində fikirlərini yazan millət vəkili hesab edir ki, Rusiya ən yaxşı halda, müharibə başlayarsa, öz qoşunlarını Qarabağa yeridib heç bir müdaxilə etməyəcək. F. Mustafanın sözlərinə görə, belə olan halda da Azərbaycanın öz torpaqlarını azad etməyin yolu, heç şübhəsiz ki, müharibədən keçir:
“Nə qədər sadəlövh insanlarıq! Heç nəyi dərininə analiz etmədən özümüz üçün xəyallar qururuq. Soçi görüşündən sonra sadə insanların da, medianın da suallarına təəccüblənməyə bilmirsən. Hamıda elə təsəvvür varmış ki, Putin prezidentləri ona görə çağırıbmış ki, bir neçə rayonu Ermənistandan alıb bizə versin və bizi də Avrasiya İttifaqına soxsun... Putin niyə bunu etməliydi ki? Tutaq ki, Putin Ermənistandan tələb etdi ki, işğal olunan bir neçə rayonu qaytar, Ermənistan da uşaq oyuncağı kimi götürdüyünü bizə qaytaracaq? Rusiya uzaqbaşı və ən yaxşı ehtimal kimi bizə təminat verər ki, Azərbaycan ordusu hücum etsə, onlar bilavasitə müdaxilə etməyəcək, o zaman yenə də savaşaraq torpağı almaq lazım gələcək”.
Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ məsələsində sehrli heç nə baş verməyəcək. O, bu savaşın qalibinin də ağıllı və güclü tərəf olacağını hesab edir: “Müharibədən danışanların əksəriyyəti şüuraltında hansısa fövqəladə gücün və ya sehrli barmağın məsələni çözəcəyini daha çox düşünür. Ancaq sehrli heç nə baş verməyəcək, kim daha ağıllı və çalışqandırsa, prosesi də o, uduşla tamamlayacaq. Cəbhə xəttindəki son gərginlik nəyi göstərdi - biz yenə də ani emosionallıqla, qısamüddətli ağrıkəsici ilə özümüzə təskinlik veririk. Az qala hamı bir-birini qandıraraq, "bir şad xəbər eşitmişəm, bir azdan deyəcəyəm" blefi ilə duyğularımızı işğal etdi. Sabahısı gün hamı yenidən real dünyaya qayıtdı. Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi. Bizə zəruri olan isə soyuqqanlı, və peşəkar vətənsevərlikdir. Müharibə isə uzun sürən bir prosesdir və əsas hədəfə çatmayana qədər, kiçik uduşların arxayınçılığına, sevincinə özünü qapdırmaq olmaz”.
Hikmət Kərimoğlu
-
Region02:12
Qonşu ölkədə güclü ZƏLZƏLƏ OLDU
-
Magazin100:45
Razi Əliyeva hamilədir - FOTO
-
Magazin100:30
Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz" - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: səhhətinizdə problemlər yaranacaq
-
Magazin23 Noyabr 22:36
Məşhur rok musiqiçisi VƏFAT ETDİ
-
Avropa3 Noyabr 22:24
5,3 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman3 Noyabr 22:12
Dünya Çempionatının ən seksual fanatından dərin sinə dekoltesi - VİDEO
-
Nəqliyyat3 Noyabr 21:36
Sürücülərin NƏZƏRİNƏ: bu yolda sürət həddi endirildi