Nida.az
Prezident nekroloq imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri
Cavad Heyətin vəfatı ilə əlaqədar nekroloq
imzalayıblar.
Publika.az-ın məlumatına görə, nekroloqda bildirilir:
"Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir.
Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü,
tanınmış publisist və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyət
2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində vəfat etmişdir.
Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz şəhərində anadan
olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran
Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin
İstanbul Universitetində davam etdirərək 1943-1946-cı illərdə
burada tibb fakültəsində oxumuşdur.
Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan
Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış,
daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin
cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli
cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən
Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları
quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda
eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən
etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah
kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya
əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi
əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı
nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.
Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi
kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli
vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək
qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və
toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə
çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb
jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət
cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması
ilə məşğul olmuşdur.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan
ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə
də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə
Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı,
ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə
tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.
Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə
tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən
alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları
həmişə təqdirlə qarşılanmışdır. Onun tədqiqatlarında və publisistik
məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq"
jurnalında əksini tapmışdır.
Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni
nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin
möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.
Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad
Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır".
Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal
Abdullayev, Fatma Abdullazadə, Akif Əlizadə, Əbülfəs Qarayev, Nazim
İbrahimov, Anar Rzayev, Əhliman Əmiraslanov, Nizami Cəfərov
imzalayıblar.
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA