Nida.az
Rusiyaya qarşı Uels sammiti: Bakıdan nə istəyəcəklər?
Sentyabrın 4-5-də NATO-nun Uels sammiti geosiyasi mənzərədə yeni dəyişikliklərə səbəb ola bilər. Belə ki, sammitə Rusiya dəvət olunmayıb, əvəzində post-sovet məkanından bir sıra hörmətli qonaqlar tədbirə qatılacaq.
Publika.az xəbər verir ki, Rusiyanın “Politrus” nəşri sammitdə Gürcüstanın iştirakına xüsusi diqqət çəkir.
Bir sıra ekspertlər hesab edir ki, Uels sammitində Tiflisin NATO üzvlüyünə yolunu açacaq Fəaliyyət planı ala bilər. Bəzi ekspertlər isə bunun əksini deyir. Əks yanaşmaya görə, NATO Tiflisə boş vədlər verir və bu gürcü hərbçilərdən dünyadakı qaynar nöqtələrdə ABŞ-ın xeyrinə istifadə etmək məqsədi daşıyır.
Gürcüstan üzrə Rusiya Tədqiqatlar Mərkəzinin rəhbəri Vitali Arkov
hesab edir ki, Uels sammiti Rusiya və Gürcüstan hakimiyyəti üçün
xoşagəlməz sürprizlər gətirə bilər. “İndiki gürcü rəhbərliyi
tamamilə ABŞ-ın qanadı altına keçmək və yenidən “Kreml ayısına”
sataşmaq istəmir. NATO-Tiflis yaxınlaşması Moskvanın sərt
reaksiyasını qaçılmaz edir. Mən 2008-ci il müharibəsinin yenidən
təkrarlanacağını düşünmürəm. Əksinə, bu dəfə siyasi və iqtisadi
rıçaqlar işə düşəcək, bu isə “Gürcü arzusu” koalisiyasının
gələcəyini sual altına qoyur. Buna görə də gürcü tərəfi ara
vasitəçiləri ilə Moskvanı inandırdı ki, NATO-a qarşı real addımlar
atmayacaqlar. Həm də Tiflis Qərblə münasibətləri açıq şəkildə
korlamaq istəmir. Ukraynada faciəli avromeydan, o cümlədən
Saakaşvilinin “qızılgül inqilabı” nümunəsi var. Buna görə də gürcü
hakimiyyəti Gürcüstan-NATO komissiyası çərçivəsində coşqun
fəaliyyəti təlqin etməkdə davam edir, məşhur Qafqaz
qonaqpərvərliyini nümayiş etdirir”.
Uels sammiti Bakı üçün də olduqca önəmlidir. Çünki Qərb
siyasətçiləri bu sammitdə Rusiyaya qarşı atılacaq addımları
müzakirə edəcək. Bir sıra ekspertlər belə hesab edir ki, Rusiya
əleyhinə toplantıda Bakının təmsil olunması gərgin geosiyasi
vəziyyətdə təhlükəli hesab oluna bilər.
Lakin NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov belə
düşünmür.
Publika.az-a açıqlamasında institut rəhbəri bildirib ki, sammitə tərəfdaş və üzv ölkələrin hər biri dəvətlidir.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan bütün sammitlərdə dövlət başçısı səviyyəsində təmsil olunub: “Düşünürəm ki, bu dəfə də belə olacaq. Azərbaycan NATO qoşunlarının Əfqanıstandan çıxarılma prosesində, yüklərin daşınmasında tranzit ölkə kimi mühüm rol oynayır. Xüsusilə, indiki halda bu mövzu aktualdır. NATO-nun Rusiya ilə münasibətlərə tamamilə son qoyması və hətta tərəfdaşlığın dayandırılması Azərbaycanın tranzit məsələsində önəmini artırıb. Bütün bunlar sammitdə müzakirə olunacaq”.
Qeyd edək ki, bir sıra ekspertlər də Əfqanıstandan çıxarılan
koalisiya qoşunlarının Azərbaycan üzərindən çıxarılması məsələsinin
müzakirə olunacağını qeyd edirlər. Xüsusilə, ABŞ hərbi texnikasının
Əfqanıstandan çıxarılmasında “Qafqaz dəhlizi” gündəmdədir.
Asif Nərimanlı
-
Rəsmi xronika14:17
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
-
Dünya10:20
Qərb Ukraynadan tezliklə imtina edəcək - İDDİA
-
Elm və təhsil09:34
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ