Nida.az
“Proses sülhə çatmağa xidmət edəcək”- Dövlət Departamentindən rəsmi açıqlama
ABŞ Dövlət Departamenti sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilmiş üçtərəfli görüşlə bağı rəsmi açıqlama yayıb.
Publika.az Dövlət Departamentinin rəsmi saytına (www.state.gov) istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
“ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış
gərginliklə bağlı dərin narahatlığını ifadə edib. ABŞ inanır ki,
toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan
və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin
xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda
sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə,
dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və
cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa
çağırıb. Con Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi
olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə
həvəsləndirib. Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu
davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda
daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı
tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq
olduğu sülhə çatmağa xidmət edəcək”, -deyə məlumatda qeyd
olunub.
Asif
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ