Nida.az
Gürcü ekspert: “Bakı və Tiflis təhlükələrə qarşı birləşməlidir”
“Gürcüstan baş nazirinin Bakı səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayacaq. Azərbaycan bizim strateji partnyorumuzdur. Biz uzun illərdir sıx əməkdaşlıq edirik. Azərbaycan öz enerji məhsulu daşımaq üçün Gürcüstandan dəhliz kimi istifadə edir. Prinsip etibarilə bu səfəri münasibətləri möhkəmləndirməyə hesablanmış addım olaraq qəbul etmək olar”.
Publika.az xəbər verir ki, bu barədə gürcü politoloq İrakli
Lekvinadze Gürcüstan baş naziri İrakli Qaribaşvilinin ikigünlük
Bakı səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın enerji, xidmət, aqrar sənaye
sektorlarına sərmayə qoymaq üçün Azərbaycanda kapital var.
“Hesab edirəm ki, bu səfərdən sonra Azərbaycan Gürcüstanda
investisiyalarını artıracaq. Tiflis yeni layihələr irəli sürəcək və
Azərbaycan enerjisinin Qərbə daşınması da artacaq”, -deyə gürcü
ekspert bildirib.
İ. Lekvinadze səfərin siyasi əhəmiyyətini də şərh edib: “Bu gün
bizim regionumuz çox gərgin vəziyyətdədir. Bakı və Tiflis gələcək
təhlükələrə qarşı birləşməlidir. Bunun fonunda belə bir səfərin
olması vacib idi. Çünki hər iki ölkə gələcəkdə yarana biləcək
təhlükələrə qarşı birgə hərəkəti müzakirə edib
planlaşdırmalıdır”.
Asif
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO