Roqozin Bakıdan mesaj verdi: “Sanksiyalar bizi birləşdirir”
Bizi izləyin

Nida.az

Roqozin Bakıdan mesaj verdi: “Sanksiyalar bizi birləşdirir”

“Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiya və Azərbaycanı daha yaxın dost etdi”.


Publika.az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, 2013-cü ildə dünya bazarındakı nəticələrə baxmayaraq, bizim ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard olub: “Bu 2012-ci ilə nisbətən 5 faiz çoxdur. Bu, iki ölkənin yaxınlığını göstərir. Bu gün sınaq vaxtıdır. Siyasi hadisələr Rusiya Federasiyasının iqtisadiyyatını narahat edir. Əslində bütün bunlar Rusiya və Azərbaycanı daha da yaxınlaşdırır. Bu gün Azərbaycan məhsulu Rusiya bazarlarına çıxır, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ortaq müəssisələrin yaradılmasının vaxtıdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm