Nida.az
Moskva Bakıya görə Yerevanı ayaq altına atır - Şimalda nə düşünürlər?
Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi
Komissiyasının iclası və burda səslənən fikirlər Bakı ilə Moskvanın
yaxınlaşması görüntüsü yaradır. Təbii ki, Qərbin Rusiyaya qarşı
sanksiyaları fonunda Bakının Moskva üçün “can dərmanı” olması buna
əsas yaradır.
Lakin Bakı Qərb və Moskva faktoru arasında hansı tərəfə əyilə
bilər, yaxud əyilə bilərmi?
Ukraynadan sonra Azərbaycanın balans siyasəti çətinə düşmüşdü, bir
çox ekspertlər bunun artıq yararsız olduğunu düşünürdü.
Həqiqətən də balans siyasətindən imtina Azərbaycan üçün ən yaxşı
halda Gürcüstan, ən pis halda isə Ukrayna nümunəsi deməkdir. Hansı
ki, 90-cı illərin mürəkkəb situasiyasında bunu bir növ
yaşamışıq.
Bakı keçmişi unutmayıb və baş verə biləcək nəticələri öncədən
görərək nə qorxulu Şimala, nə də hiyləgər Qərbə üz çevirir.
Politoloq Vəfa Quluzadə də hesab edir ki, əslində bu, siyasi gediş
idi: “Bakıda baş nazirin müavinin dedikləri, Roqozinin açıqlamaları
Azərbaycanın iki tərəf arasında da məsafəni saxlamağa hesablanıb.
Çünki başqa cür bizə çətin olar, hər halda indiki məqamda çətin
olardı”.
Bu arada Rusiya mediası Bakı-Moskva münasibətlərinə dair maraqlı
iddia ilə çıxış edib.
Publika.az xəbər verir ki, əsas iddialar Ermənistanın aradan
qaldırılması, yəni indiki sanksiyalar fonunda ayaq yükü olan
Yerevana görə, xilas yolu olan Bakının incidilməməsidir.
Rusiyanın “Nezavisimaya qazeta”, “Vestnik Kafkaz”, “Politrus” kimi nəşrləri bu məsələyə geniş yer veriblər. bütün şərhlərdə Moskvanın Bakını Yerevanın ayağına verməməsi məsələsi xüsusilə vurğulanıb.
Asif Nərimanlı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər