Nida.az
“Xədicəni namus və şərəf simvolu sayanlar kimdir?”- hüquqşünasdan sərt etiraz
“Ermənilər əleyhinə çıxışa hətta ermənilər etiraz
etmədi, amma Xədicə etdi”.
Publika.az xəbər verir ki, bu barədə sentyabrın 23-də Varşavadakı toplantıda iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov jurnalist Xədicə İsmayılın etdiyi hərəkətini şərh edərkən deyib.
S. Məmmədov bildirib ki, ATƏT tədbirində ermənilər
özlərindəki vəziyyətlə bağlı heç nə danışmadılar: “Bütün
çıxışlarını Azərbaycana həsr etdilər. Əkrəm Əylislini və daha bir
neçə nəfəri təriflədilər. Avropada fəaliyyət göstərən adında
“Artsax” sözü olan təşkilatın nümayəndəsi “DQR” də insan
hüquqlarının vəziyyətini demokratiyanın inkişaf etməsi,
Azərbaycanda isə diktaturanın tüğyan etməsi haqda çıxış edəndə
Xədicə məmnun-məmnun gülürdü. Əhməd Şahidov əks çıxış edəndə isə
məlum aksiyanı keçirdi. Deyilənlərə görə, Xədicə yazıb ki, aksiyada
iştirak edənlərin içərisində erməni yox idi. Yox idisə, lap pis.
Ermənilər əleyhinə çıxışa hətta ermənilər etiraz etmədi, amma
Xədicə etdi. Burası bəllidir. Xədicəni yaxşı tanıyırıq. Bu
hərəkətinə görə də cinayət məsuliyyəti yoxdur. Amma Xədicəsevərlər,
onu namus və şərəf simvolu sayanlar kimdir? Onları nə
adlandıraq?”
Daha sonra hüquqşünas qeyd edib ki, Ermənistanda prezident olacaq
şəxsləri parlamentdə güllələyiblər: “Ermənistanda və Gürcüstanda
siyası məhbuslar kifayət qədərdir. Mən dəfələrlə beynəlxalq
tədbirlərdə olmuşam. Hökumətləri ən sərt tənqid edənləri də
görmüşük, özümüz də tənqid etmişik. Burda nə baş verir? Missiyası
dialoq və əməkdaşlıq olan ATƏT 3 gündür hakimiyyətlə VC
nümayəndələrinin davasını təşkil edib oturub paneldən baxırlar. Bu
nəyə xidmət edir? Bununla dövlətlərə təsir etmək mümkündürmü?
Xədicə bütün tədbirlərdə, o cümlədən, Azərbaycana aidiyyəti olmayan
tədbirlərdə də çıxışlar edir və hakimiyyəti tənqid edir. Ermənilər
çıxış edəndə məmnun təbəssüm və ermənilər əleyhinə çıxışda arxasını
çevirmək. Hakimiyyətlə dövlətin fərqini əla bilirsiniz. Söhbət
dövlətdən gedirdi”.
Qeyd edək ki, sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində
ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə
olunub.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər.
Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib.
Asif Nərimanlı
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi