Nida.az
Bakıda seçkidən öncə Ankaraya “Ağ saçlı” ilə görüşə getdi – Şok Detallar
Müsavat başqanlığına namizəd Qubad İbadoğlu bir neçə gün öncə
Ankaraya səfər edib.
Bu barədə Q. İbadoğlu “facebook” səhifəsində bildirib ki, bu səfər
siyasi, yox, mənəvi məsələdir: “Bu gün Müsavat Partiyasının
qurucusu Məhəmməd Əmin Rəsulzadənin ruhu, Müsavat Partiyasını İsa
bəyə əmanət edən ağsaqqalların yadigarı Cəmil Ünalın qarşısında
mənəvi borcumu yerinə yetirdim. Rəsulzadənin məzarını ziyarət
etdim, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil bəylə və dərnəyin
üzvləri ilə Müsavatın dünəni, bu günü və sabahı barədə
söhbətləşdirk. Cəmil bəyə qurultayqabağı vəziyyət barədə məlumat
verdim, platformamın əsas istiqamətlərini çatdırdım. Onun ağıllı
fikirlərini dinlədim, ağsaqqal məsləhətlərinə qulaq asdım. Ürəyi
Azərbaycanda olan Cəmil bəyin vətən sevgisini, Müsavata olan
güvənini gördüm və çox fərəhləndim”.
Qeyd edək ki, C. Ünal da sentyabrın 27-i Müsavatın qurultayında
iştirak etmək üçün Bakıdadır.
C. Ünal Məmməd Əmin Rəsulzadəni sağ görmüş sonuncu silahdaşıdır.
Onun sözü demək olar ki, bu gün Müsavat üçün qanundur. 1990-cı
illərdə Müsavatın bərpa olunması və İsa Qəmbərin başqanlığa
gətirilməsində əməyi böyük olub. Güman etmək olar ki, C. Ünalın
sözü qurultayda da əsas rol oynayacaq.
Rəsulzadə irsinin əsas simalarından olan Yəhya Taşdələnin Arif
Hacılının dəstəkləməsindən sonra İbadoğlunun Ünalın yanına getməsi
diqqət çəkir.
Taşdələn Publika.az-a açıqlamasında bildirmişdi ki, Müsavat
başqanlığına namizədlər arasında Arif Hacılının şansı daha
yüksəkdir.
“Mən 25 ildir ki, onu tanıyıram. Özü cəsarətli, partiyaya
sədaqətli olduğunu, canla-başla çalışdığını görürəm. Son illərə
demokratiya, hüquq mübarizəsini də gördüm. Müsavata qarşı
riyakarlıq etməyib. Digər namizədləri o qədər də yaxşı tanımıram.
Arif Hacılı isə başqanlığa namizəd ola biləcək şəxsdir. Onun
şanslarını yüksək qiymətləndirirəm”, - deyə o qeyd etmişdi.
Bəzi məlumatlara görə, C. Ünal da A. Hacılının başqan olmasının
tərəfdarıdır. Lakin o, bu barədə konkret mövqe bildirməyib.
Müsavatdakı mənbənin Publika.az-a verdiyi məlumata görə isə, Q.
İbadoğlu Ankaraya məhz bu məqsədlə gedibmiş. Ondan dəstək almaq
çətin olsa da, ən azından özünü Rəsulzadənin silahdaşına, başqa
sözlər Müsavatın “ağ saçlısına” tanıtmaq lazımdır.
Mənbə qeyd edib ki, A. Hacılının başqan seçiləcəyi daha çox
ehtimal olunur. Onun buna imkanları da çoxdur. Amma Müsavatda
nüfuzlu bir qrup Q. İbadoğlunun tərəfdarıdır.
Digər ehtimala görə, sabahkı qurultayda başqan müəyyən
olmayacaq. Belə ki, partiya rəhbərliyi C. Ünalın da iştirak edəcəyi
qurultayda nəticədən sonra gərginliyin olmasının istəmir. Buna görə
də başqan seçkilərinin ikinci tura qalacağı ehtimal olunur.
Asif Nərimanlı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər