Nida.az
Fəttah Heydərov: “Ərəb coğrafiyasına baxın, hər yerdə qan tökülür”
Milli Məclisin bugünkü iclasında deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsini təsdiq ediblər.
Publika.az xəbər verir ki, Milli Məclisin
deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov
çıxışı zamanı payız sessiyasının başlanması münasibəti ilə deputat
və jurnalistləri təbrik edib, arzu edib ki, parlamentdə hər zaman
yaxşı qanunlar qəbul edilsin: “Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası Naxçıvanda yaradılıb və bu, zamanın tələbi idi. Bu ölkələr
yaxındırlar və böyük insan kütləsinə malik olan arenanı əhatə
edirlər. İndiyə qədər keçirilən zirvə toplantılarında prezidentlər
xalqlarımıza və dövlətlərimizə olan hörməti ifadə ediblər. Bu
məsələdə heç nədən qorxmağa dəyməz.
Biz nədən qorxmalıyıq? Azərbaycan sürətlə inkişaf edir, çoxları bizdən nümunə götürürlər. Avropa Parlamentinin üzvlərinin verdiyi qətnaməyə görə narahatçılıq keçiririk. Bunlardan qorxmaq lazım deyil. Bu məsələləri həyata keçirən, beynəlxalq aləmi qarışdıranlar ermənilərin dostudur. Ərəb coğrafiyasına baxın, hər yerdə qan tökülür. Ukrayna dövləti ilə MDB çərçivəsində əməkdaşlıq edirdik. Görürsünüz, dünyanı qarışdıran qüvvələr var. İqtisadi böhrandan qaçmaq məqsədilə siyasi böhranlar yaradırlar. Biz bu məsələ haqda düşünməliyik. Bodrumda keçirilən Türkdilli Dövlətlərin Zirvə görüşü əla keçdi, mən də orada iştirak edirdim və razı qayıtdım. Fikrimcə, əməkdaşlıq inkişaf edəcək”.
Fəttah Heydərov hesab edir ki, zirvə görüşü zamanı dövlətlərin
birgə qəbul etdiyi bəyannaməni parlament qəbul etməlidir.
Asif
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO