Nida.az
Rəsul Quliyev Arif Hacılıya "savadsız" dedi
“Müsavatın qurultayı “prezident seçkisindən sonra partiyaların liderləri bütövlüklə istefa verib getməlidirlər və onların yerinə beyinləri korlanmamış gənclərin gəlməsinə imkan yaratmalıdırlar” tezisimin düzgün olduğunu bütün çılpaqlığı ilə göstərdi”.
Publika.az xəbər verir ki, bu barədə eks-spiker
Rəsul Quliyev Müsavat Partiyasının qurultayı haqda fikir
bildirərkən deyib.
Müsavatı tənqid edən eks-spiker qurultay üzvlərinin arasında gənclərin olmamasına təəssüf edib: “Təəssüflə qeyd etmək lazımdır ki, özünü aparıcı hesab edən Müsavat Partiyasının başqanlığına hökumətin istənilən nazirinin müavinindən intellektual, dünya görüşü, peşəkarlığına görə qat-qat aşağıda duran, az savadlı, talantsız bir adam gətirilib.
90 yaşlı, həyatda heç vaxt heç bir uğuru olmamış ağsaqqal Cəmil Ünalı özlərinə idol seçmiş partiya öz gücü ilə hansı mübarizəni uda bilər, heç bir Cəmil müəllim ağsaqqal bir insandır, onu yuxarı başda oturtmaq normaldır və belə də olmalıdır. Ancaq onu idol kimi təqdim edən insanların həyatda öz plan və proqramları ola bilməz.
Əgər Müsavat partiyası sözün əsl mənasında ölkədə demokratiya
uğrunda mübarizə aparmaq istəyirsə, qurultayının qərarlarını ləğv
etməlidir, gənclərin , yəni 40 yaşa qədər, sayının ən azı 50 faiz
təşkil etdiyi qurultay nümayəndələri seçməlidir. Qurultay
nümayəndələrinin sayı 100 adamdan artıq olmamalıdır və bu qurum
özünə yüksək intellektual, xarizmatik və talantlılardan idarə
heyəti yaratmalıdır.
Ancaq belə olsa, bu partiyanın gələcəyi ola bilər. Əks halda, daha
bir 10 ildən sonra partiya bütövlüklə Ünal müəllim kimi
ağsaqqallardan ibarət olacaq”.
Asif
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ