Azay Quliyev Qırmızı Xaç Komitəsinə azərbaycanlı əsirlərlə bağlı çağırış etdi
Bizi izləyin

Nida.az

Azay Quliyev Qırmızı Xaç Komitəsinə azərbaycanlı əsirlərlə bağlı çağırış etdi

“Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırki durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar”.

Publika.az-ın məlumatına görə, bunu ATƏT PA-nın Cenevrədə keçirilən payız sessiyasında çıxışı zamanı ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.


Deputatın sözlərinə görə, bu cür hərəkət Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratma istiqamətində çox önəmli elementdir: “İki gün öncə bizim müzakirələrdə nümayiş olunduğu kimi, Ukraynadakı vəziyyət ATƏT PA-nın hazırki narahaçılığının mərkəzi problemi olaraq qalır. Dünya ictimaiyyəti hədsiz insan itkilərinin və mülkiyyətə dəyən ziyanın şahidi oldu. Bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin isveçrəli işçisi Laurent Etiennenin Ukraynada öldürülməsi həddindən artıq utancverici bir hadisədir. Beynəlxalq ictimaiyyət Ukrayna məsələsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdi. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə, mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə hörmətin vacibliyini nəzərdə tutur”.


A.Quliyev qeyd edib ki, hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb: “Buradan Beynəlxalq Qırmız Xaç Komitəsinin rəhbərliyindən azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm”.

Millət vəkili çıxışında İraq və Suriya ətrafında baş verən hadisələrə də toxundu: “Bu gün, biz İraqda və Suriyada faciəli təcavüzlərin davam etdiyinin şahidiyik. Bu yeni təhdidlərin əsas səbəbi İŞİD kimi terrorist qruplar üçün əlverişli şərait yaradan getdikcə şiddətlənən münaqişələr və dövlətçiliyin, idarəetmənin uğursuzluğa düçar olmasıdır. İŞİD ola bilsin adı ilə yenidir, lakin, bu yeni bir təhdid forması deyildir. İndi İŞİD-ın 40- 50 min nəfərlik ordusu var. Sual olunur, İŞİD-a hansı ölkələr və yaxud qüvvələr köməklik edir? Kim İŞİD-ı dəqiq və ardıcıl kəşfiyyatla təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstək olmasa, bu cür təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyə çevrilə bilməzdi. Əgər biz İŞİD-ı yox etmək istəyiriksə, o zaman yuxarıda sadalanan suallara aydınlıq gətirməmiz lazımdır”



Gülnar Əliyeva




Oxumağa davam et
Reklam
Reklam

Gündəm