Nida.az
Azərbaycan ABŞ-a nota verdi

Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir.
Trend-in məlumatına görə,bunu ABŞ Dövlət Departamentinin sözçüsünün 15 oktyabr tarixli açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımından yanaşmaq yolverilməzdir".
XİN rəsmisi qeyd edib ki, insan hüquqlarının “carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı.

-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər