Nida.az
DİN bələdiyyə seçkiləri ilə bağlı tədbirlər həyata keçirəcək
“Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq”.
Publika.az xəbər verir ki, bunu Dairə Seçki
komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən
müşavirədə “Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının
rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər
nazirinin müavini Oruc Zalov deyib.
Onun sözlərinə görə, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə
seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş
rejiminə keçəcək: “Ən son seçki bülleteni təhvil verilənədək polis
orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam
hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollarla
əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri
hərəkətlər görüləcək. Problemli məsələlərlə bağlı müraciət daxil
olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin dekabrda keçirilməsi nəzərdə tutulur.
Asif
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı