Nida.az
Əcnəbilər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər
Milli Məclisdə Miqrasiya Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında
məlumat verib.
Komitə sədri bildirib ki, qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: “Əsas dəyişiklik Azərbaycan Respublikasına müvəqqəti gəlmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Bu müddət artırılıb. Artıq 3 gün deyil, 10 gündən artıq
Azərbaycanda müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər olduğu yer üzrə qeydiyyata alınacaqlar. Ə. Hüseynli
bildirib ki, dəyişiklik qüvvəyə minəndən sonra əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 10 gün qeydiyyatsız qala
biləcəklər”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Asif
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA