Nida.az
30 mindən artıq seçki komissiyası üzvünə treninq keçirilir
2014-cü il dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lər başlanılıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, treninqlər iki
mərhələdən ibarət olacaq: “Dairə və məntəqə seçki komissiyaları
üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər
sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin
təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq
təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən treninq
layihəsinin əsası 2002-ci ildə qoyulub. Bu il ölkəmizdə keçiriləcək
bələdiyyə seçkiləri ilə əlaqədar treninqlərin 2 mərhələdə
keçirilməsi qərara alınıb. Artıq başlanmış birinci mərhələdə
treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə
4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə
edilməkə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılar səsvermə
prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması,
protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları
barədə məlumatlandırılır. Tədbir zamanı MSK-nın Treninq qrupunun
mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif
prosedurlarla bağlı praktiki məşğələlər keçilir, “Seçki günü
məntəqə seçki komissiyalarının rol və vəzifələri”, “Seçki günü
prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq,
seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun
protokolun doldurulması” və “Əvvəlki treninqlərdə qazanılmış
təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil
olunması” mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və
meydana çıxan suallar cavablandırılır”.
Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları
üzvlərinin treninqinə noyabrın 25-dən etibarən start veriləcək və
treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının
inzibati binalarında baş tutacaq. MSK-nın məlumatında qeyd edilib
ki, aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin
keyfiyyətinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu
tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və
kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək
komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
“Bu mərhələ seçki dairələri üzrə məntəqə seçki komissiyalarının
sayına müvafiq olaraq bir neçə həftə davam edəcək və treninqlər
zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən
hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin
nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd
nümunələri təqdim olunacaq. Genişmiqyaslı maarifləndirmə tədbiri
olaraq bu treninqlər, ümumilikdə 30000-dən artıq aşağı seçki
komissiyası üzvünü əhatə edir”, - deyə məlumatda bildirilib.
Asif
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO