Nida.az
"Ya eviniz partladılacaq, ya da 20 min dollar..” – Suriyaya gedən azərbaycanlının ailəsi seçim qarşısında
Suriya və bu ölkədə müharibə aparan azərbaycanlılar mövzusu gündəmi zəbt edib. Ən çox verilən “azərbaycanlılar Suriyaya niyə gedir?” sualına cavablar iki cürdür: Birincisi əqidə, yəni onlar bu yola inanır, cəmiyyətin dili ilə desək “beyinləri yuyulub”, ikincisi, ən çox müzakirə edilən və ən çox da inkar edilən versiya onların muzdla döyüşməsidir.
Publika.Az–ın Suriyaya gedən azərbaycanlılarla
bağlı əldə etdiyi ilginc məlumatda ikinci variant təsdiqlənir.
Məlumata görə, Dağlıq Şirvan zonasının sakini Elçin adlı şəxs
(konkret rayonun, yaşayış məntəqəsinin adını bilərəkdən yazmırıq,
şəxsin adı isə dəyişdirilib-red) Suriyaya getməyinin müqabilində 20
min ABŞ dolları alıb.
Belə ki, Elçin artıq bir ay imiş ki, Suriyaya gedəcəyini
ailəsinə bildirib və dediyini edib. Bir gün onun səsi Suriyada
döyüşənlər arasından eşidilir. O, ailəsi ilə mütəmadi telefon
əlaqəsi də saxlayır. Amma “bir daha evə qayıtmayacağam” da deyərək
onu gözləməmələrini xahiş edir. Onun Suriyada döyüşlərə
qatılmasından bir müddət sonra naməlum şəxslər ailəsi ilə əlaqə
saxlayaraq 20 min ABŞ dolları verib. Mənbə bildirir ki, pulun necə
verilməsi dəqiq deyil, sadəcə olaraq əlaqə saxlayan şəxslər pulu
hansısa yerə qoyur və ailəyə yerin adını bildirirlər. Lakin ailənin
pulu götürüb-götürməməsi dəqiq deyil.
Ailənin Elçin Suriyaya gedəcəyini deməsinə baxmayaraq təhlükə
ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verməməsi də açıq
suallar buraxır. Mənbə isə bunu qorxu ilə əlaqələndirir.
“Desəydilər, evlərini partlada bilərdilər. Ümumiyyətlə, Elçin
onlara qoşulandan onda dəyişiklik hiss olunurdu. Çünki əvvəllər
maddi vəziyyəti aşağı idi, lakin birdən birə özünə iki maşın aldı
və bir çox diqqət çəkən şeylər etdi. Görünür, etdiklərinin və
verdiklərin pulun müqabilində ondan Suriyaya getməsini
istəyiblər”-deyə mənbə bildirib.
Asif
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi