Nida.az
Əli Hüseynli: “Rusiya da, ABŞ da sərhədlərini pozan hərbi helikopteri vurardı”
Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli Rusiya mediasına müsahibəsində Azərbaycan
ərazilərində manevrlər edən Ermənistan helikopterinin vurulmasını
şərh edib.
Publika.az qısa açıqlamanı təqdim edir.
- Azərbaycan qoşunlarının mövqeləri üzərində təhlükəli
manevrlər edən erməni helikopteri hansı hədəfləri vura
bilərdi?
- Bura Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış
əraziləridir. Helikopterin manevr etdiyi mövqelər işğal edilmiş
Ağdam rayonu idi. Azərbaycan ordusunun hərəkəti mütləq şəkildə
qanuni olub. Bəzi təşkilatların buna reaksiyasını böyük təəssüflə
qarşılayırıq. ATƏT, ABŞ dövlət katibi və digərləri narahatlığını
dilə gətirdi. Amma biz həmişə beynəlxalq hüquq prinsiplərini rəhbər
tuturuq. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib
hissəsidir. Orda qanunsuz hərbi təlimlər keçirilir. Hərbi
helikopter təkcə Azərbaycan sərhədlərini pozmadı, o, bütün
Azərbaycan ərazisində manevrlər edirdi. Ermənistan istənilən
qeyri-qanuni hərəkətə adekvat cavab veriləcəyini bilməlidir.
- Bəzi ekspertlər Azərbaycan qoşunlarının helikopteri
vurmaq hüququnun olmadığını iddia edirlər.
- O ekspertlərdən soruşmaq istəyirəm. Əgər onların ərazisini və
əhalisini hədələyən hərbi uçuşlar olarsa, bu haqda necə
düşünərdilər? Əminəm ki, onlar buna haqq qazandırardılar. Bu qayda
ilə Rusiya ordusu da, ABŞ ordusu da, eləcə digərləri də hərəkət
edərdi.
Asif Nərimanlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ