Nida.az
Narazıların yeni partiya planı: “Arif Hacılı kreslosundan əl çəkən deyil”
Müsavat Partiyasının yeni rəhbərliyinin legitimliyini tanımayan narazılar yeni partiya yarada bilər.
Bunu Publika.az-a açıqlamasında başqanlığa keçmiş
namizəd Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr aparılır:
“Daxili müzakirələrimizi bitirdikdən sonra gələn həftə hansı qərara
gələcəyimizi mətbuata açıqlayacağıq. Bu ideya ətrafında Müsavatın
əsas ziyalıları birləşib. Qubad İbadoğlu, Vurğun Əyyub, Adil
Qeybulla, İbrahim İbrahimli, Hikmət Hacızadə və bir çoxları bu
prosesdə olacaq. Ölkənin tanınmış ziyalıları da var. Amma hələlik
açıqlamaq istəmirik”.
S. Əlisoy proseslərin bu həddə çatmasında günahkarın Müsavatdakı
yeni rəhbərliyin olduğunu deyib.
“Biz fraksiya yaratmaq ideyasını gündəmə gətirdik. Amma yeni
rəhbərliyin repressiv addımları və müsavatçılığa yaraşmayan
mövqeləri onlarla eyni çat altında qalmağın mümkünsüz olduğunu
göstərdi. Bir neçə təkliflər var. Bura növbədənkənar qurultayın
keçirilməsi, ictimai birlik və yeni partiyanın yaradılması
daxildir. Biz mübarizəmizi davam etdirəcəyik. Növbədənkənar
qurultayın keçirilməsi yeni rəhbərliyin qəbul etməyəcəyi məsələdir.
Onlar Müsavatın dağılmasına razı olarlar, amma kreslodan əl
çəkməzlər. İctimai birlik təklifi də var, amma yeni partiyanın
yaradılması ideyası daha güclüdür. Hazırda bu üç təklif üzərində
daxili müzakirələr aparılır”.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar. Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib. Buna etiraz olaraq MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlı istefa verib. Ardınca Hikmət Hacızadə partiyadan gedib. Narazıları ən çox qıcıqlandıran məqam keçmiş başqan İsa Qəmbərin yeni rəhbərliyi dəstəkləməsi, onları isə hakimiyyətlə əməkdaşlıqda ittiham etməsidir.
Asif Nərimanlı
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO