Nida.az
XİN: “Ermənistan münqişənin həlli ilə bağlı aparılan danışıqlara xələl gətiri”
"BMT TŞ-nin qətnamələri və atəşkəs rejimini nümayişkaranə şəkildə pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir".
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin (SQ) 47
min nəfərə qədər şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının
iştirakı ilə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində
genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlayıb.
Ermənistan hərbi hava qüvvələri də Azərbaycan SQ-nin müdafiə
mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata
keçiriblər: "12 noyabr tarixində Ermənistan hərbi hava qüvvələrinin
iki ədəd “Mi-24” tipli hücum helikopteri Azərbaycanın işğal edilmiş
Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan SQ-nin
mövqelərinin yaxın ətrafına yan alıb və hücum manevrləri həyata
keçirib. Helikopterlərdən biri elə bu işğal olunmuş ərazidə
vurulub.
Vurulmuş helikopter Ermənistanın Yerevan şəhəri yaxınlığındakı
“Erebuni” hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olub və
onun şəxsi heyəti Ermənistan silahlı qüvvələrinin hərbi
xidmətçiləri olublar. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı
təcavüzünün, Azərbaycanın ərazilərinin işğalında birbaşa
iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir
təzahürüdür: "BMT Təhlükəsizlik Şurasının 853 saylı 1993-cü il
tarixli qətnaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir
daha təsdiq edərək, xüsusən də “Ağdam rayonu və Azərbaycanın bütün
digər işğal edilmiş ərazilərinin işğalını pisləyir” və “Ağdam
rayonu və Azərbaycanın bütün digər işğal edilmiş ərazilərinin
zəbtinə cəlb olunmuş işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edir.
BMT TŞ-nin qətnamələrinin tələblərini icra etməyən Ermənistan yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməyərək, beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri və atəşkəs rejimini nümayişkaranə şəkildə pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir. Ağır texnikadan istifadə, Azərbaycanın işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycanın mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapıb: "Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uelsdə və Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilib.
Hər üç görüşdə özünü büruzə verən müsbət meyillər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi: "Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün danışıqlar yolu ilə həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər