Nida.az
Erməni pilotlar Azərbaycanda basdırılsın – TƏKLİF
“Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helikopterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin”.
Publika.az xəbər verir ki, Milli Məclisin
Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, YAP-çı
deputat Aydın Mirzəzadə şəxsi “facebook” səhifəsində yazıb.
Deputat Ermənistanın çətin siyasi-diplomatik vəziyyətə düşdüyünü
bildirib: “Noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində
Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş Ermənistan hərbi
helikopteri məsələsi ətrafında proseslər səngimək bilmir. Düşdüyü
çətin siyasi-dipliomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan
özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona
məxsus olmadığını bəyan edən işğalçı dövlət, digər tərəfdən proses
üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması
Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı,
düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir. Ermənistan
normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə
sahib durmağı da bacarmır. Hərbiçilərinin meyitini götürmək üçün
heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır.
Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının
birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq
nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat
insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir”.
A. Mirzəzadə yaranmış durumla bağlı daha sonra bildirib: “Düşmən
olsalar da, helikopterdə həlak olanlar insanlardır və onların da
normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə
sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin
götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn
edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən
xristian icmalarının din xadimlərini cəlb etmək olar”.
Asif
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO