Nida.az
Xəzərlə bağlı dördtərəfli saziş parlamentdə müzakirə olunacaq
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, komitə sədri Ziyafət Əsgərovun rəhbərliyi
ilə keçən iclasda “Xəzər dənizində fövqəladə halların qarşısının
alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında
Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə
çıxarılıb.
Belə sazişlərin artıq bir neçə ölkə ilə bağlandığını vurğulayan Z. Əsgərov deyib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir çox qonşu ölkələrə fövqəladə hallar zamanı yaxından yardım edib.
22 maddədən ibarət qanun layihəsində anlayışlar, prinsiplər,
yardımın göstərilməsi qaydası, əməkdaşlığın formaları, dövlətlərin
ərazisinə keçmə qaydası, yarana biləcək mübahisələrin həlli və
digər məsələlər öz əksini tapıb. Saziş Azərbaycan, İran,
Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi də müzakirə olunub.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Asif
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...