Nida.az
Putin, Ərdoğan və Əliyev yeni dünya nizamı yaradır
Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri geosiyasi mənzərədə yeni proseslərdən xəbər verir. Son dövrlər Ankara-Moskva-Bakı yaxınlaşması fonunda bu səfər diqqətçəkəndir.
Publika.az xəbər verir ki, “Qlobal siyasətdə Rusiya” jurnalının baş
redaktoru, siyasi şərhçi Fyodor Lukyanov üç dövlətin yaxınlaşmasını
belə izah edir: “Bakı Rusiyanın indiki vəziyyətinin çətinliyini
anlayır. Azərbaycanın dəstəyi ilk dəfə deyil. Rusiyaya nə vaxt
kənardan dəstək lazımdırsa, Bakı özünü yetirir. Azərbaycan
Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsini və
ərazi bütövlüyü çərçivəsində həllinə çalışmasını istəyir. Yerdə
qalan hər şey öz həllini tapacaq”.
Onun sözlərinə görə, Türkiyə öz müstəqil siyasətini yürüdür:
“Ankara artıq XX əsrin ikinci yarısındakı obrazından çoxdan çıxıb.
Türkiyə NATO-nun üzvü olaraq qalır, lakin siyasətdə ABŞ və Avropa
Birliyinin təlimatları ilə hərəkət etməyəcəyini nümayiş etdirir.
Bundan başqa, Brüsseldə Ankaranı incidiblər. Türkiyəyə Avropa
Birliyinə giriş şansının olmadığını göstərdilər və o, Yaxın Şərq
böhranında itib qalıb. Rusiya “Cənub axını”nını perspektivsiz
olduğunu anladı. Türkiyə isə Avrasiya enerjisinin Avropaya
çıxışında əsas rol olmaqda maraqlıdır”.
Xəzər əməkdaşlığı institutunun baş direktoru Sergey Mixeyev də
Rusiya, Türkiyə və Azərbaycanın ümumi siyasətdə birgə hərəkət
etməsinin vacibliyinə toxunub: “Türkiyə və Azərbaycan birgə
maraqları qorumağa çalışırlar. Bu ölkələr sanksiyalar fonunda
Moskva ilə yaxın əlaqələrin Qərb tərəfindən yaxşı
qarşılanmayacağını da bilir. Lakin onlar Qərbin hansısa
davranışlarının tətbiq edilməsindən heç bir divident əldə
etməyəcəklərini yaxşı anlayırlar. Digər tərəfdən, Ankara və Bakı
Rusiyanın Avrasiyada ciddi oyunçu olduğuna inanır və belə bir
oyunçu ilə düşmən olmaq heç birinə sərf etmir. Ərdoğan və Əliyev
Qərbin üzdə gülüb, arxada nə etdiyini də yaxşı bilirlər. Buna görə
də onlar öz dövlətlərinin maraqlarını hər şeydən üstün
tuturlar”.
S. Mixeyev Qərb təzyiqlərinin təkcə Moskvaya deyil, Ankara və
Bakıya da ünvanlandığını bildirib. Onun sözlərinə görə, son bir
ildə Qərbin əli ilə Türkiyədə ciddi qarışıqlıq olub: “Azərbaycanda
da qərbyönümlü müxalifət hakimiyyəti ittiham edir. Qərb bu
qüvvələrə maliyyə dəstəyi və digər köməkliklər göstərir. Bunlar heç
kimə sirr deyil. Bunların fonunda, Bakı və Ankaranı öz
maraqlarından çıxış etdiyinə görə qınamaq doğru deyil”.
Azərbaycanlı politoloq Rövşən İbrahimova görə, Azərbaycan xarici
siyasətini yalnız öz dövlət maraqları üzərində qurur. Onun
sözlərinə görə, indiki halda Moskva ilə əməkdaşlıq Bakı üçün
sərfəlidir: “Bakı regionda bütün münasibətlərə açıqdır. Xüsusilə bu
münasibətlər milli maraqlara əks deyilsə. Bu baxımdan, Rusiyaya
qarşı sanksiyaları dəstəkləməyən Azərbaycan öz bazarlarının bu ölkə
üçün açdı. Eyni sözləri Türkiyəyə də aid etmək olar. Ankara üçün
Moskva strateji partnyordur. Bu ölkələr arasında ticarət dövriyyəsi
milyardlarla ölçülür. Türkiyə Rusiyadan “mavi yanacaq” da alır.
Buna görə TANAP-la yanaşı, Rusiya qazının Türkiyə vasitəsilə
Avropaya çıxarılması üçün yeni kəmərin tikilməsində Ankara
maraqlıdır”.
Asif Nərimanlı
-
Maraq dünyası06:28
200 milyon illik sirr: piramida, yoxsa dağ? - FOTO
-
Magazin105:15
Məşhur bəstəkarın səhhəti pisləşdi: "Güclə danışıram" - VİDEO
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO