Nida.az
Lavrov: "Dağlıq Qarabağ probleminin həllində köməyi davam etdirəcəyik"
Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək.
Trend xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması çoxdankı, mürəkkəb prosesdir: "Bu prosesdə yanaşmalar
dəyişib və biz artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun
həmsədrləri ilə birgə qeydə alınmış prinsiplərin - ərazi
bütövlüyünə hörmət, güc tətbiq etməmək və xalqların öz
müqəddəratını təyin etmək hüququna hörmət - praktiki yerinə
yetirilməsi üzrə danışıqlara başlamaq mümkün olsun deyə, bu
yanaşmaları ortaq məxrəcə gətirmək üçün çalışırıq".
S.Lavrov qeyd edib ki, bu, çox çətin prosesdir, lakin davam
etdiriləcək: "Əminəm ki, biz və ABŞ, Fransadan olan tərəfdaşlarımız
ümumi məqbul razılığa gəlmək üçün yenə də Azərbaycan və Ermənistana
kömək edəcəyik".
Nazir əlavə edib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmsədrlər birgə bəyanat yaydılar: "Bəyanatda onlar münaqişənin həlli yolunu tapmaq üçün tərəflərə kömək göstərmək qətiyyətlərini təsdiq etdilər".
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir