Nida.az
Hikmət Hacızadə - İsa Qəmbər dueli: “Bəlkə, insan azadlıqlarını partiyada da tətbiq edək”
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin şəxsi “Facebook” səhifəsində CİA-nın məhbuslara işgəncə verməsi haqda statusu partiyanın keçmiş üzvü Hikmət Hacızadənin maraqlı reaksiyasına səbəb olub.
“ABŞ senat komitəsi CİA-nin məhbuslara işgəncə verməsi barədə geniş
hesabat açıqlayıb. İşgəncələr əsasən xarici vətəndaşlara verilib,
ABŞ vətəndaşlarına deyil. Bu hesabat isə məhz ABŞ dövlətinə,
hakimiyyətinə, vətəndaşlarına xeyli problem yaradacaq. Bütün
bunlara baxmayaraq, ABŞ hakimiyyəti hesabatın açıqlanmasına dəstək
verir, onu açıqlayanları “vətən xaini” adlandırmır. ABŞ
prezidentlərindən biri C. Karter maraqlı bir söz demişdi: “ABŞ
insan haqlarını yaratmayıb, insan haqları ABŞ-ı yaradıb”, - deyə
sabiq başqan bildirib.
Ardınca o, “bəlkə, biz də insan haqlarının fundamental, universal və faydalı dəyər olduğunu qəbul edək, tətbiq edək və Azərbaycanımızı inkişaf etdirək?!” deyə yazıb.
Müsavatdan istefa verən politoloq Hikmət Hacızadə isə İsa Qəmbərin
statusunun altında ona maraqlı bir sual ünvanlayıb: “Bəlkə insan
azadlıqlarını partiyada da tətbiq edək, “onlar iqtidara işləyir”
kimi gözəl ideyaları kənara qoyaq?”
Lakin İsa Qəmbər Hacızadənin bu sualına cavab verməyib. Əvəzində sabiq müsavatçının VIII qurultayda çıxışını özündə əks etdirən videonu paylaşıb. Bu Hikmət Hacızadəni qane etmədiyi üçün, o, sualını yenidən təkrar edib.
Asif
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi