Nida.az
Ekstremizmin daha bir səbəbi: Azərbaycanın da əziyyət çəkdiyi ultraliberalizm
“Ultraliberalizmin inkişafı dini ekstremizmi sürətləndirir. Bu MDB ölkələrində, xüsusilə Azərbaycan, Tacikistan, eləcə də Türkiyə və İndoneziyada daha çox özünü göstərir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Müftilər Şurasının sədri Ravil Qaynutdin deyib.
Onun sözlərinə görə, ultraliberalizm ənənəvi dəyərlərə hücum edir:
“Bu ən çox gender münasibətlərində özünü göstərir. Halbuki bu,
insanın yox, Tanrının seçimidir. Tanrı kişi və qadını təsadüfən
ayrı-ayrı yaratmayıb. Onların yer üzündə hər birinin müxtəlif
missiyaları var. Lakin ultraliberalizm artdıqca bu münasibətlər
sistemi pozulur və cəmiyyətlər eroziyaya uğrayır. Bəzən azadlıqlar
arxasınca qaçınca, ultraliberalizmin köləsinə çevrilə bilirik. Ən
maraqlısı budur ki, adətən, bunu ölkələrə kənardan yeridirlər. Yəni
o ölkələr bir çox hallarda bunu istəyərəkdən qəbul etmir”.
Müfti qloballaşmanın əks-təzahürlərinə də toxunub.
“Bu gün bir çox ölkələr artıq qloballaşmanın mənfi effektlərindən
əziyyət çəkirlər. Lakin eyni proseslər sürətlə bir mərkəzdən
dünyaya, daha çox da müsəlman ölkəsində ifraz edilir. Biz
qloballaşmanın Əfqanıstanda, İraqda, Liviya və digər ölkələrdə
nəticələrini gördük. İnsanlar artıq ultraliberalizmə qarşıdır. Amma
bu proses genişləndikcə narazılıqlar artıq və narazı kütlə
radikallaşır. Beləliklə, İŞİD, Taliban, Əl-Qaidə kimi ekstremist
qruplar yaranır. Biz bunu çıxış yolu kimi görmürük. Biz
müasirləşmədən imtina etmədən dinimizə əməl edilməsini istəyirik”,
- deyə o bildirib.
Asif Nərimanlı
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO