Nida.az
“Hillari Klinton iradlardan nəticə çıxarıb”
“ABŞ dövlət katibi Hillari Klintonla görüş zamanı ilk olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrin ləng getməsi ilə bağlı narahatlığımızı mötəbər qonağın diqqətinə çatdıracağıq”.
Publika.Az-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı ABŞ dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri çərçivəsində müxalifət təmsilçiləri ilə nəzərdə tutulan görüşünü şərh edərkən belə deyib.
Müsavat yetkilisi xanım Klintonun müxalifət təmsilçiləri ilə görüşünü mütərəqqi addım adlandırıb: “Hillari Klintonun Bakıya son səfəri zamanı müxalifət liderləri ilə görüşdən imtina etməsi, bir qrup gənclər təşkilatı təmsilçisini qəbul etməklə, ictimai təsisatlarla təmasını bitmiş sayması müəyyən narazılıqlara səbəb olmuşdu.
Ölkədəki demokratik təşkilatlar bunu Amerikanın öz prinsiplərindən geri çəkilməsi kimi qiymətləndirirdilər. Görünür, xanım Klinton bu iradlardan nəticə çıxıb.
İstənilən halda bu cür görüşlər ABŞ-ın Azərbaycan haqqında daha artıq informasiya əldə etməsinə, vəziyyətlə əyani tanış olmasına, o cümlədən ölkəmiz haqqında münasibətin yenidən formalaşmasına töhvə verir”.
Azər Niftiyev
Publika.Az
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ