Nida.az
“O, bunu istəyən...” - Qarabağda müharibəyə kim maraqlıdır?
“Rusiya indiki məqamda Dağlıq Qarabağda münaqişənin alovlanmasının tərəfdarı deyil”.
Publika.az Rusiya mediasına istinadən xəbər verir
ki, bu barədə Rusiya Respublika Partiyasının sədri, Dövlət
Dumasının sabiq deputatı Vladimir Rıjkov deyib.
Onun sözlərinə görə, Rusiyaya qarşı ABŞ, Avropa, Yaponiya, Yeni Zelandiya, Kanada və digər ölkələrin sanksiyaları fonunda Moskva yaxın bölgələrdə sakitliyin tərəfdarıdır: “Rusiya Ukraynada kifayət qədər münaqişəyə cəlb edilib. Bunun fonunda Cənubi Qafqazda hər-hansı münaqişə Moskva üçün xoşagəlməz haldır”.
Rıjkov Dağlıq Qarabağ münaqişəsinin həllindən məsul olan ATƏT-in
Minsk qrupunun fəaliyyətinin nəticələr verməyəcəyini hesab edir:
“Ukrayna böhranından sonra Minsk qrupunu həmsədr ölkələri olan
Rusiya, ABŞ və Fransa arasında qarşıdurma yaşanır. Bu çərçivədə
normal əməkdaşlıq üçün qarşıdurma sıfıra enməlidir. Əksinə,
qarşıdurmanın kəskinləşmə ehtimalı daha böyükdür və bu post-sovet
məkanı üçün əlavə təhlükələr yaradır. Bu təhlükə isə Rusiyadan
qaynaqlanmır. Çünki Moskva indiki məqamda post-sovet məkanında,
onunla sərhəd olan bölgələrdə münaqişənin olmasının istəyən ən
sonuncu tərəfdir”.
Sabiq deputat Rusiyanın Minsk qrupundan imtina edərək Dağlıq
Qarabağ münaqişəsini təkbaşına həll etmək istəyində olmasına dair
səslənən fikirlərə də münasibət bildirib.
“Mən başqa formata ehtiyac görmürəm. Çünki son on illər Minsk
qrupunun həyat qabiliyyətini sübut etdi. Hər-halda bu illər ərzində
həmsədrlər münaqişənin isti mərhələyə keçməsinin qarşısını ala
biliblər. Əslində Rusiya həm Fələstin, həm Ukrayna, həm də Qarabağ
münaqişəsində tərəflərin və Qərb partnyorları ilə normal dialoqun
bərpa olunmasında istəklidir. Ona görə də hesab edirəm ki,
beynəlxalq aləmdə Rusiyanın reytinqi qaydaya salınmayana qədər
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu
çərçivəsində hərəkət etmək mümkün olmayacaq” , - deyə Rıjkov
vurğulayıb.
Asif Nərimanlı
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi