Nida.az
İrəvanın düşdüyü tələ, yaxud Qarabağın azad olunası üçün yeni şanslar – Təhlil
Bu gün Ermənistan Avrasiya İqtisadi İttifaqında praktiki olaraq fəaliyyətə başlayır.
Rusiya, Belarus və Qazaxıstanın yer aldığı ittifaqa Ermənistanın qəbulu ötən ilin 10 oktyabr tarixində Minsk görüşündə reallaşmışdı. İttifaqa bu il Qırğızıstanın da daxil olacağı gözlənilir.
Bu ittifaqın üzvləri olan ölkələr öz üzərlərinə malın, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst dövranını təmin etmək, iqtisadiyyatın əsas sektorları - energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsi öhdəliyini götürüblər.
Avrasiya komissiyasının qərargahı Moskvada, iqtisadi tənzimləyicisi Alma-Atada, məhkəməsi isə Minskdə yer alacaq.
Ermənistan bir növ bu üçlüyün forpostu olaraq ittifaqda fəaliyyət gösütərəcək. Bunu erməni ekspertlərinin özləri də etiraf edir və mərkəzi hökumətə əsas etirazlar da bu kontekstdədir. Lakin Ermənistan üçün ittifaqda praktiki fəaliyyət təkcə kənar dövlətlərin forpostu olmaq deyil. Bu həm də gömrük problemləri, eləcə də Qarabağın faktiki olaraq azadlığına gedən yolda ilk addımdır.
İrəvanın ittifaq müstəvisinə çıxış üçün quru yolu yoxdur. Yeganə yol kimi Gürcüstan variantı düşünülür, lakin Tiflisin özü Rusiya ilə qeyri-sabit münasibətlər, həmçinin, Avropa Birliyi ilə Assosiativ Sazişin imzalanması fonunda Ermənistana icazə verilməyəcək. Alternativ variant olaraq da İrəvanın Gürcüstan gömrüyünə yüksək faizli haqq ödəyərək keçməsidir. Bu isə nə İrəvana, nə də ittifaqın digər ölkələrinə sərf edir. İran yolu da variantlardan biridir, amma bu qeyri-real olaraq gündəmdədir. Ehtimallara görə, Moskva bu və ya digər formada Ermənistana quru yolu açacaq. İndiki məqamda bu daha çox uzaq perspektiv olaraq görülür. Beləliklə, Ermənistanın üzvü olduğu ittifaqda aktiv iştirakı sual altındadır.
Digər mühüm variant isə Dağlıq Qarabağdır. İttifaqa
Qarabağsız daxil olmaq məcburiyyətində qalan İrəvan üçün bu,
intihara bərabər haldır.
Belə ki, ötən ilin may ayının 29-da ittifaqın təsisinə həsr olunan Astana sammitində Sərkisyanın qarşısına qoyulan məktub İrəvanın planlarını alt-üst etdi. Prezident İlham Əliyev sammitə ünvanlandığı məktubda Azərbaycan lideri Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərlə ittifaqa üzv olmasını tələb edir, Azərbaycan torpaqları olan Qarabağın bu prosesdən kənarda qalmasını istəyirdi.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev
“biz Azərbaycan prezidentinin məktubunu almışıq.
Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının
tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu
qeyd olunub. Azərbaycan hesab edir ki,
Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə
Avrasiya İqtisadi İttifaqına qoşula bilər” deyə İlham Əliyevin məktubunu oxudu.
Ermənistan üçün bütün qapılar bağlanmışdı.
Geriyə yol yox idi. Avropa Birliyi ilə
əməkdaşlıq danışıqlarını qəfil kəsən İrəvan Qərbin gözündən
etibarsız ölkə kimi düşdü. Sərkisyanın önünə “Qarabağ düyünü”
qoyularkən bəlkə də o ittifaqdan imtina edərdi, amma onun üçün
hakimiyyətini xilas etməyin yeganə yolu bu idi.
Sərkisyan İlham Əliyevin tələbini qəbul etdi və
Ermənistan ittifaqa Qarabağsız daxil oldu. Ukrayna böhranından
sonra düşdüyü vəziyyətə uyğun olaraq Moskva da Bakının sərt üzündən
çəkindi və Qarabağın ittifaqa Ermənistanla daxil olmayacağını bəyan
etdi.
Burda İlham Əliyevin uğurlu diplomatiyası önə
çıxır. Hansı ki, Ermənistan ittifaqa daxil olacağı təqdirdə bu
birliyin tərkib hissəsi olan gömrük şərtlərini qəbul
edəcək.
Şərtlərə görə, Dağlıq Qarabağla Ermənistan arasında
gömrük postu yaradılacaq, Sərkisyan bunu etməyəcəyini nə qədər
israrla açıqlasa da.
Hazırda gömrük kodeksi 11 553 adda məhsula şamil edilir. Gömrük Şurasına üzvlükdən sonra isə bu siyahıdakı məhsulların 60 faizinin gömrük rüsumları artacaq.
Burda diqqət çəkən iki məqam var və hər ikisi Yerevan üçün “soyuq duş” effekti yaradacaq.
Birincisi, Gürcüstan Avropa İttifaqı ilə Assosiativ
sazişi imzaladı. Bu isə Ermənistanın öz sərhədləri daxilində
gömülməsi deməkdir. Belə ki, Gürcüstan sərhədlərindən istifadə
əvvəlkindən daha çox sərtləşəcək və gömrük xidmətlərui bahalaşacaq.
Həmçinin, Avropa İttifaqı ailəsinə daxil olan Gürcüstan bu məsələdə
tək qərar verməyəcək.
Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə sərhədləri Qarabağı işğal etdiyi üçün itirən Ermənistanın yeganə çıxış yolu İrandır. Lakin ittifaqın üzvü kimi Ermənistan İran sərhədlərindən də kifayət qədər bəhrələnə bilməyəcək. Bunun üçün İranın da ittifaqa üzv olması lazımdır ki, bu bir qədər çətin görünür.
İkincisi, Ermənistan Dağlıq Qarabağa heç bir yardım
edə bilməyəcək, yaxud da bu yardımlar şərtlər daxilində baş
verəcək. Bu günə qədər Yerevanın maliyyə yardımı ilə ayaq üstə
qalmağa çalışan qondarma “DQR”-nin separatçı rejimi bu yardımdan
məhrum olacaq. Çünki birliyin sərhədlərini ora daxil olan ölkələrin
birgə yaratdıqları gömrük xidməti qoruyacaq. Yəni ermənilərin burda
sui-istifadəyə yol vermələri çətin olacaq. Beləliklə, onsuz da böhranda olan DQR
rejimi zəifləyəcək. Bu isə Azərbaycanın işğal edilmiş əraziləri
geri qaytarmaq şansını artırır. Rəsmi Bakı ya müharibə yolu, ya da
sosial böhranda olan Qarabağın erməni icmasını öz qanadı altına
almaqla buna nail ola bilər.
Asif Nərimanlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi