Nida.az
Vurğun Əyyubu da qovurlar – hələlik Məclisdən
Müsavat üzvü, Qubad İbadoğlunun əsas tərəfdarı olan Vurğun Əyyubun Məclis üzvlüyü məsələsinə baxıla bilər.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı Publika.az-a açıqlamasında Məclisdə iştirak etməyənlərlə bağlı qərarın qəbul oluna biləcəyini deyib: “Vurğun Əyyubun Məclis üzvlüyü ilə bağlı məsələ hələlik gündəmdə deyil. Sonuncu toplantıda Arif Hacılı həmrəylik günü ilə əlaqədar bu məsələni gündəmə salmadı. Lakin Vurğun Əyyub özünü Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin iclaslarda iştirak etmir. Məclisi növbəti toplantısı mart ayında keçiriləcək. Ona qədər bu məsələ gündəmdə deyil. Lakin Məclisin reqlamenti ola bilər və iştirak etməyənlərlə bağlı qərar qəbul oluna bilər”.
Qeyd edək ki, dekabrın 27-də Müsavat Məclisinin toplantısında
Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi gündəmə
gəlmişdi. Müsavat başqanı Arif Hacılı Vurğun Əyyubun Məclisin
işində iştirak etmədiyini əsas gətirərək onun üzvlükdən
uzaqlaşdırılması təklifini irəli sürüb: “Vurğun Əyyub 3 ay ərzində
sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını
vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik.
Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab
etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm
ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun
Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.
Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli V. Əyyubun Məclis
üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis
üzvü Sabir Məmmədli isə buna etiraz edib: “Mən bu bolşevik
metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan
edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.
Ellada Məmmədli, Arifə Hüseynli və digərləri də təklifə qarşı çıxıblar.
A. Hacılı sonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününü nəzərə
alaraq məsələni səsə qoymayıb. Lakin o, Vurğun Əyyubun
tərəfdarlarından onun iclasda iştirakını təmin etmələrini
istəyib.
“Vurğun Əyyub Məclis üzvü olmadığını bir daha bildirib. Amma
həmrəylik günü olduğunu və bununla bağlı bir neçə narazı şəxsin
olduğunu nəzərə alıb bunu səsə qoymuram. Bilirəm ki, bu məsələ səsə
qoyulsa, Vurğun Əyyub Məclisdən çıxarılacaq. Lakin 4-5 nəfərin
etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçirəm. Amma gərək
həmin etiraz edənlər Vurğun Əyyubun gələn Məclisdə iştirakını təmin
etsin.”, - deyə başqan bildirib.
Vurğun Əyyub isə bu məsələyə özünəməxsus formada yanaşır.
“Mən özümü Məclis üzvü hesab etmirəm. Necə ola bilər ki, mənim
çıxarılma məsələm qaldırılsın? Haqqımda deyilənlər, yazılanlar məni
maraqlandırmır. Bu cür məsələlər mənə adi hal kimi görünür. Bu cür
məsələləri kimlər, niyə gündəmə gətirir, bilmirəm”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR
-
Dünya11:35
Ərdoğanın qızından Suriya paylaşımı: Bayraq detalı diqqət çəkdi
-
Ekologiya11:25
Bu ərazilərdə qar yağır - Faktiki hava
-
Yaxın Şərq10:36
Üsyançılar Suriyada “İnsan qəssabxanası” adlı həbsxanadan məhbusları azad etdilər