Baş konsulumuz İŞİD-ə qoşulmaq istəyən qızın atası ilə görüşəcək – ÖZƏL
Bizi izləyin

Nida.az

Baş konsulumuz İŞİD-ə qoşulmaq istəyən qızın atası ilə görüşəcək – ÖZƏL

Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov İŞİD-ə qoşulmaq üçün həyat yoldaşı Hacımurad Həmidovla Türkiyəyə yollanan Azərbaycan vətəndaşı Türkan Hüseynovanın atası ilə görüşəcək.


Bu barədə Publika.az-a Baş konsulun özü məlumat verib.


H. Zeynalov bildirib ki, T. Hüseynovanın atası qızının axtarışına çıxıb və bu məsələ ilə bağlı Baş konsulluğa müraciət edib: “Biz bu məsələni diqqətdə saxlayırıq. Bu gün həmin şəxsin özü ilə görüşəcəyəm və əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, bizə tez-tez belə müraciətlər olur və biz Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə bu məsələləri araşdırmağa, qarşısını almağa çalışırıq”.


APA-nın yaydığı məlumata görə, Moskvada yaşayan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Hüseynova Türkan Fərhad qızı həyat yoldaşı, Rusiya vətəndaşı Hacımurad Həmidov və ailənin 1 yaşlı övladı Səfiya Həmidova ilə 2014-cü il dekabrın 31-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Onlar itkin düşəndən sonra iki dəfə ailələri ilə “Skype” vasitəsi ilə əlaqə saxlayıblar. Türkan Hüseynova iz azdırmaq üçün bacısına Türkiyənin Antalya şəhərində olduqlarını söyləyib.

Sonuncu dəfə onlar yanvarın 1-də valideynləri ilə “Skype”da danışarkən İŞİD-ə qoşulmaq üçün Suriyaya gedəcəklərini bildiriblər. Daha sonra əlaqələr kəsilib.

Türkan Hüseynovanın atası qızının ardınca Türkiyəyə gedərək, kömək üçün İstanbulda Azərbaycanın Baş Konsulluğuna müraciət edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm