Nida.az
KXCP-dən Qubad İbadoğluna etiraz: “Bizdən yan gəzin”
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatına etiraz edib.
KXCP sədrinin müavini Xəzər Teyyublu Publika.az-a açıqlamasında ADR
qoşulan bir sıra şəxslərin onların partiyasının üzvü olmasına dair
deyilənlər doğru deyil: “Bu şəxslərin KXCP-yə heç bir aidiyyəti
yoxdur. Bu hərəkatın təsis konfranslarından birinin KXCP-nin Salyan
rayon təşkilatının qərargahında keçirilməsi də doğru deyil.
Salyandakı rayon təşkilatının qərargahı onlara bir növ toplanmaq
üçün verilib. Lakin bu hərəkatın sıralarında olan şəxslərin bir
neçəsinin özlərini KXCP üzvü adlandırmsı doğru deyil. Ora
qoşulanlar vaxtilə KXCP daxilində fraksiya yaradaraq, bu partiyanın
işinə xələl gətirməyə çalışanlardır. Həmin şəxslər bu gün KXCP-nin
fəaliyyətində heç bir formada təmsil olunmurlar. Bu hərəkat normal
və demokratik kəsimi ifadə edəcəksə, burda pis heç nə görmürük.
Lakin mövcud siyasi partiyaların narazı insanlarını yığıb hansısa
hərəkat yaradırsansa, bu narazılıq yaradan məqamdır. Əgər nə isə
yaradırlarsa KXCP-dən, onun üzvlərindən yan keçsinlər. Müsavata,
KXCP-yə və digərlərinə əl uzadıb kimlərisə öz hərəkatlarına cəlb
etmək, sıralarını genişləndirmək şüursuz addımdır. Bunun adekvat
cavabı özlərinə qayıdacaq”.
Asif Nərimanlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı