Nida.az
Müsavat Partiyası daxilində fraksiya yaradılacaq - AÇIQLAMA
Müsavat Partiyasında yeni rəhbərlikdən narazı olanlar fraksiya yarada bilər.
Bu barədə Publika.az-a açıqlamasında başqanlığa
keçmiş namizəd Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Qubad İbadoğlunun tərəfdarlarının yaratdığı
ADR hərəkatında təmsil olunmaq fikirləri yoxdur: “Onlar qurultayın
nəticələrini tanımır. Biz isə qurultayın nəticələrini qəbul etdik,
sadəcə olaraq, sonra yaranmış situasiya ilə razılaşmadıq.
Bütövlükdə narazıların fraksiya şəklində birləşməsini təklif
edirdik. Bu, partiyanın güclənməsinə, demokratikləşməsinə xidmət
edən məsələdir. Fraksiya ideyasının düzgünlüyünü qəbul etmək üçün
bir qədər zaman lazım idi. Lakin onlar gözləmədilər və hərəkat
yaratdılar. Halbuki ölkədəki siyasi şəraitə görə yeni yaranan hər
hansı hərəkat, yaxud təşkilatla nəsə etmək çətindir. Bu daha çox
enerji sərfiyyatı deməkdir. Onların bu addımı mənim kimi
narazıların fəaliyyətini də çətinləşdirir. Digər tərəfdən, hərəkat
kənardan Arif Hacılı və onun tərəfdarlarına təzyiq elementi kimi
görünəcək. Eyni zamanda, onların partiyaya təsir imkanları
olmayacaq”.
T. Abbaslı ADR-in Müsavat daxilindəki narazıların bölünməsinə
gətirib çıxartdığını bildirib.
O, qarşılarına fraksiya yaratmaq məqsədini qoyduqlarını deyib.
“Hələlik fraksiya olaraq formalaşmamışıq, strukturlar qurulmayıb.
Lakin bununla bağlı müzakirələrimiz gedir, narazı olan rayon
təşkilatları ilə danışıqlar aparırıq. Elektorat toplanarsa,
fraksiya yaranacaq. Həm partiya daxili demokratikləşmə prosesini
yerinə yetirəcəyik, həm də hakimiyyətə qarşı mübarizə aparacağıq”,
- deyə T. Abbaslı vurğulayıb.
Asif Nərimanlı
-
İqtisadi gündəm19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi