Nida.az
Əli Kərimlinin “atdığı” iş adamından Cəmil Həsənliyə ittihamlar
AXCP-yə icarəyə verdiyi mülkü partlayış nəticəsində dağılan iş adamı Azər Əsgərovla Əli Kərimli arasındakı qalmaqala Milli Şura sədri Cəmil Həsənli də qoşulub.
Publika.az-a A.Əsgərov açıqlamasında C. Həsənlinin
ünvanına sərt ittihamlar səsləndirib.
İş adamı Əli Kərimli kimi Cəmil Həsənlini də xarici qüvvələrə işləyən adlandırıb: “Cəmil Həsənlinin Əli Kərimlidən fərqi yoxdur. Mənə deyir ki, mülk məsələsini xarici təşkilatların qarşısında qaldırıb. Amma yalan danışırlar. Bu günlərdə Cəmil Həsənli “Freedom House” təşkilatının rəhbərliyi ilə görüş keçirib. Niyə o görüşdə mənim mülkümlə bağlı məsələni gündəmə gətirmədi? Çünki o, Əli Kərimli ilə əlbir olaraq mənə qarşı çıxır. Özləri müxalifətə qarşı terror adı altında külli miqdarda qrantlar alıb ciblərinə yığırlar. Ancaq öz ciblərini düşünürlər. Bu gün məhbusları müdafiə etmələrinə səbəb də onların üzərindən qazandıqları pullardır”.
A. Əsgərov Cəmil Həsənlidən bahalı həyat tərzini hansı pulla
yaşadığını soruşub.
“Azərbaycanda sizin kimi minlərlə professor
var. Onlar dövlətdən aldıqları maaşla ailələrini güclə
dolandırırlar. Bəs siz dünya dövlətlərini nə ilə dolaşırsınız?
Təyyarə, hotel, yemək pulunu haradan alırsınız? Ölkə prezidentindən
hesab soruşursunuz. Biz sizdən soruşa bilmərikmi? Hava ilə yaşamaq
mümkündürsə, bunu bizə professor kimi öyrədin. Qoyun Azərbaycan
xalqı da hava ilə dolansın”, - deyə iş adamı sərt danışıb.
Milli Şura sədri Cəmil Həsənli iş adamına cavabını özünün
“facebook” səhifəsində verib.
“Hörmətli Azər Əsgərov! Ötən ilin oktyabr-dekabr aylarında sosial
şəbəkələrdə, bir sıra saytlarda yaydığınız yalanları dəfələrlə
təkrarladığınız üçün onlara aydınlıq gətirməyi qərara aldım. Ötən
ilin mart ayında sizin AXCP-yə kirayə verdiyiniz mülkün partlayışı
və indiyə qədər sizə dəymiş ziyanın ödənilməməsi təəssüf doğurur.
Hadisə baş verəndən bəri ittiham etdiyiniz Əli Kərimli və mən bunu
hər yerdə demişik və bu gün də həmin fikirdə qalırıq. Əminliklə
demək istəyirəm ki, bu məsələlərlə bağlı yazdıqlarınız və
yaydıqlarınız həqiqətdən çox uzaqdır. Amma siz elə danışır və elə
şeylər uydurursunuz ki, elə bil mənim sizin qarşınızda hansısa bir
öhdəliyim və ya borcum var. Milli Şuranın seçki qərargahının sizin
AXCP-yə verdiyiniz binada olduğunu deyirsiniz. Belə bir şey
olmadığını nəzərinizə çatdırmaq istəyirəm. Milli Şuranın seçki
qərargahı Müsavat Partiyasının ofisində olub və hətta Xalq
Cəbhəsindən olan qərargah üzvləri də Müsavatın ofisində onlar üçün
ayrılmış otaqda fəaliyyət göstəriblər. Əlbəttə, sizin partlayış
nəticəsində dağıdılmış binanızda Milli Şuranın bir neçə toplantısı
keçirilib. Lakin biz Milli Şura olaraq heç vaxt sizin binadan ofis,
qərargah və s. məqsədlərlə istifadə etməmişik. Sizinlə bu barədə
hər hansısa yazılı sözləşməmiz və ya şifahi söhbətimiz də olmayıb.
Şəxsən sizi isə mən yalnız ötən ilin mart ayında tanımışam. Ona
qədər heç bir tanışlığımız olmayıb”, - deyə o bildirib.
Milli Şura sədri xarici təşkilatlardan qrant alması ilə bağlı A.
Əsgərovun səsləndirdiyi ittihamlara da münasibət bildirib: “Guya
mənim xaricilərdən milyonlarla qrantlar aldığımı iddia edirsiniz.
Nəzərinizə çatdırıram ki, məlumatınız səhvdir. Mən nə indi, nə də
keçmişdə heç bir xarici dövlətdən və xarici təşkilatdan qrant
almamışam və ümumiyyətlə bu işlə məşğul olmamışam. Nəinki qrant,
hətta bir vaxtlar xalq arasında “Soros fondu” kimi tanınan Açıq
Cəmiyyət İnstitutunun Bakı ofisində idarə heyətinin üzvü kimi mənə
yazılan qanuni əmək haqqını belə almaqdan imtina etmişəm”.
Qeyd edək ki, A. Əsgərov AXCP sədri Əli Kərimlinin onu aldatdığını
iddia edir. Onun sözlərinə görə, AXCP-yə icarə verdiyi mülkündə
partlayış olandan sonra Əli Kərimli öz əşyalarını götürsə də, ona
aid olan əşyalara toxunmayıb. Daha sonra onu müdafiə edəcəyini desə
də, indiyə qədər heç nə etməyib.
Asif Nərimanlı
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO