Nida.az
NATO Rusiyaya qarşı Bakıda qərargah qura bilər – İDDİA
Rusiyadakı iqtisadi böhran Ermənistan, Belarus,
Tacikistan və Qazaxıstanı da vurdu. Böhran post-sovet ölkələri
arasında yalnız Azərbaycan və Türkmənistana az təsir etdi. Çünki bu
ölkələr zəngin karbohidrogen ehtiyatlarına malikdir və öz
ehtiyatlarından ağıllı şəkildə istifadə edə bilirlər. Bunu xüsusilə
Azərbaycan təcrübəsində demək mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Meksikanın
“La Razon” nəşri MDB-dəki proseslərlə bağlı məqaləsində
bildirir.
Nəşr hazırda Ermənistanın ağır iqtisadi durumda olduğunu yazıb.
Çünki bu ölkə bir sıra sahələr üzrə Moskvadan asılıdır. İqtisadi
böhrandan sonra isə vəziyyət daha da acınacaqlıdır. Misal üçün,
ayaqqabı fabrikinin sahibi Manvel Qasparyan nəşrə bildirib ki,
Rusiyaya ixrac 90 faiz azalıb.
Nəşr daha sonra NATO-nun Rusiyaya qarşı hücum planlarına
toxunub.
“NATO diqqətini Rusiya üzərində cəmləmək üçün Yaxın Şərqi tərk
edir. Əfqanıstanda hərbi əməliyyatları bitirdikdən sonra Şimal
Alyansı diqqətini Avropaya yönəldir. Xüsusilə Şərqi Avropada
əməliyyatlar genişlənəcək. Hədəf Rusiyanı beynəlxalq hüquq
normalarına riayət etməyə məcbur etməkdir”, - deyə qeyd edilib.
Nəşrə görə, Şimal Alyansı Rusiyanı zəiflətmək üçün onun qonşularına
diqqət yetirəcək: “Moskvanın ən zəif yeri olan Cənubi Qafqaz
müstəvi olaraq seçilə bilər. Bu bölgədə yerləşən Gürcüstan NATO
istiqamətində inteqrasiyanı sürətləndirib. Ermənistan hərbi və
siyasi olaraq Kremlə bağlıdır. Azərbaycana isə böyük ümidlər var.
Bu ölkə Moskva ilə münasibətləri normal səviyyədə saxlamaqda
maraqlıdır. Eyni zamanda Qərblə də əməkdaşlıq edir. Hərbi
quruculuğunda NATO ilə əməkdaşlığa da xüsusi yer verir. NATO bu
ölkəni özünə tərəf çəkmək üçün fəaliyyətini sürətləndirə bilər və
Rusiyaya qarşı burda öz qərargahını yarada bilər”.
Asif Nərimanlı
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Magazin116:40
Ayandan yeni FOTOLAR
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək