Nida.az
Deputat: “ABŞ-ın Azərbaycanla bağlı rəsmi mövqeyi fərqlidir”
“Son vaxtlar ABŞ-ın ayrı-ayrı dairələrindən Azərbaycan əleyhinə səsləndirilən ittihamlar ABŞ dövlətinin rəsmi mövqeyi deyil”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqil siyasət yürüdür və bu siyasət nəticəsində demokratik islahatlar aparılır.
R.Rzayev onu da deyib ki, ABŞ ilə Azərbaycan arasında rəsmi dövlət münasibətləri müsbət istiqamətdə inkişaf edir: “Bu münasibətlərə mətbuatda yazılan kimi mənfi qiymət vermək olmaz. Həmin dairələrin mövqeləri ilə ABŞ dövlətinin rəsmi mövqeyi fərqlidir. Azərbaycanı tənqid edən həmin dairələr insan haqlarının qorunmasından danışırlarsa, ilk növbədə, Ermənistanın işğalçı siyasəti nəticəsində minlərlə azərbaycanlının pozulan hüquqlarını müdafiə etsinlər. Bütün bunlar bir daha onu göstərir ki, həmin dairələr şəxsi maraqlardan çıxış edərək Azərbaycana qarşı bu cür qarayaxma kampaniyaları həyata keçirirlər”.
Vasif Həsənli
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı