Nida.az
Niderland nəşri Azərbaycanın sərvətlərindən yazdı - FOTO
Niderlandın “Dagblad de Limburger” qəzeti Azərbaycandan yazıb.
Bu barədə Publika.az-a Niderland Krallığının
Lumburq əyalətində fəaliyyət göstərən “Vahid, Bölünməz və
Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətindən məlumat
verilib.
Cəmiyyətin həyata keçirdiyi layihələr nəticəsində son zamanlar
sözügedən əyalət ilə Azərbaycan Respublikası arasında dostluq
əlaqələrin genişlənməsi sahəsində bir sıra nailiyyətlər əldə
edilib.
Bir neçə gün öncə ölkənin üçdə birini təşkil edən Limburg
əyalətində nəşr edilən “Dagblad de Limburger” qəzetində bu barədə
geniş məqalə çap edilib.
Məqalədə respublikamızın zəngin təbii sərvətlərindən, ölkədə
sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkənin
inkişaf perspektivlərindən və Limburq əyalətinin respublikamıza
artan maraqlarından və inkişaf etməkdə olan qarşılıqlı dostluq
münasibətlərindən söhbət açılır.
Məqalədə bu əlaqələrin möhkəmləndirilməsi üçün həyata keçiriləcək konkret addımlardan da danışılır. Bu işdə Azərbaycanın yaxın dostu, parlamentin birinci palatasının üzvü Rene Van Der Lindenin şəxsi təşəbbüsü qeyd edilir.
Asif
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi