Nida.az
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu göstərdi
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı və enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olunub. Görüşdə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi məmnunluqla qeyd olunaraq, bu çərçivədə elm, təhsil, mədəniyyət, turizm və işgüzar sahədə qarşılıqlı təmasların artdığı vurğulanıb. Herbert Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dilə gətirib. |
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı