Nida.az
Qubad İbadoğlu Müsavatın 11 rayonunu ələ keçirdi
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının toplantısı keçirilib.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın
təsisçisi Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, toplantı iştirakçıları 20 Yanvar şəhidlərinin
xatirəsini yad etdikdən sonra 1 həftə ərzində görülən işləri
müzakirə ediblər: “Ötən 1 həftə ərzində əvvəlki toplantıda
planlaşdırılandan daha çox rayonda Təşəbbüs Qrupu yaradılıb. Bir
həftə ərzində 8 rayonda yerli fəalların iştirakı ilə Təşəbbüs
Qruplarının təsis yığıncağı keçirilib. Artıq hərəkatın 11 rayonda
Təşəbbüs Qrupu işə başlayıb”.
Q. İbadoğlu qeyd edib ki, toplantıda ölkədə və regionda mövcud
ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunub: “Qərara
görə, 22 yanvar 2015-ci ildə saat 13-də Beynəlxalq Mətbuat
Mərkəzində “Dünya bazarında neftin qiymətinin ucuzlaşması və
Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda
müzakirələr təşkil olunacaq. Tədbirə yerli mütəxəssislər dəvət
ediləcək”.
İclasda növbəti dövr üçün regionlarda təşkil olunacaq Təşəbbüs
Qruplarının təsis yığıncağının qrafikini təsdiq edib. Həmçinin ADR
Hərəkatının loqosu ilə bağlı müxtəlif təklifləri müzakirə edərək,
yaxın günlərdə bu istiqamətdə müzakirənin yekunlaşdırılmasına qərar
verilib.
Asif Nərimanlı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı