Nida.az
Düşmənlərin görüşünün acı nəticələri: AXCP-Müsavat savaşı qızışır
Müsavat Partiyasının başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşü iki partiya arasında münasibətləri daha da kəskinləşdirib.
Ötən həftə keçirilən görüşlə bağlı Publika.az-a danışan A.Hacılı hər şeyin normal məcrada müzakirə olunduğunu, fikir mübadiləsi aparıldığını demişdi. Onun sözlərinə görə, Müsavatın əməkdaşlıq təklifinə AXCP sədri Rəyasət Heyətində müzakirələrdən sonra cavab verəcək.
Lakin görüşdən sonra AXCP fəallarının “facebook”da Müsavata qarşı
sərgilədiyi münasibət diqqət çəkir.
“Heç kim uzağa gedən nəticələr çıxarmasın”
Əli Kərimlinin müavini Əbülfəz Qurbanlı AXCP sədrinin Arif Hacılı
ilə görüşündən xeyli adamın narahat olduğunu dilə gətirib:
“Bəziləri bu görüşdən ümidlənib, əksəriyyət isə narahat olub. Xeyli
cəbhəçilər də “bəy, bizi daha neçə dəfə yarıyolda qoymalıdılar
ki...” tipli mesajlar yazırlar.
Biz belə bir görüşün olacağına bilirdik. Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Demək istəyirəm ki, heç kim uzağa gedən nəticələr çıxarmasın”.
“Müsavat birlik haqda Milli Şuranı tərk etməzdən qabaq
düşünəydi”
Ardınca AXCP mətbuat katibi Natiq Ədilov görüşlə bağlı rəsmi
açıqlama verib.
“Əli bəy mədəni insan kimi siyasi etikaya uyğun olaraq Arif Hacılı
ilə görüşüb. Amma bizim partiya olaraq Müsavat partiyası ilə hər
hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur. Məncə, bu
barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik
haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi. Görüş faktından
başqa nəticələr çıxarmaq lazım deyil”, - deyə AXCP sözçüsü qeyd
edib.
Son olaraq Əli Kərimlinin özü də danışıb. O, “Azadlıq” qəzetinə
açıqlamasında Müsavat Partiyası ilə əməkdaşlığın mümkün olmadığını
bildirib.
“Əli Kərimlinin mövqeyi siyasi etikaya ziddir”
Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı AXCP-nin
sərgilədiyi mövqeyə Publika.az-a açıqlamasında münasibət
bildirib.
Onun sözlərinə görə, AXCP sədri Əli Kərimlinin mövqeyi siyasi
etikaya tamamilə ziddir: “AXCP rəhbərliyi vahid mövqe sərgiləmir.
Məncə, onlar vahid mövqe sərgiləsələr, daha məqsədəuyğun olar.
Çünki Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq etməsi fonunda
deyilən fikirlər məsələni kontekstdən kənarlaşdırmaqdır. Bu kimi
açıqlama görüşün məzmunu və mahiyyətini dəyişməkdən başqa bir şey
deyil. Əməkdaşlıq təklifinə gəlincə, biz Müsavat Partiyası olaraq
doğru yol, doğru mövqe sərgiləyirik”.
Asif Nərimanlı
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq