Nida.az
Milli Məclisin üzvü: “Con Kerriyə görə hər kəs ABŞ-ı arzuolunmaz qonaq hesab edir”
“Con Kerri Birləşmiş Ştatların dövlət katibi olandan bəri ABŞ-ın nüfuzu az qala sıfıra enib”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Millət vəkili aralarında ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin
də olduğu bir neçə konqresmenin 25 il öncə Dağlıq Qarabağın
Ermənistana verilməsi ilə bağlı Qorbaçova müraciətinə münasibət
bildirərək qeyd edib ki, bunun arxasında korporativ maraqlar
dayanır: “Con Kerrinin imzaladığı müraciəti təhlil edərkən ilk
növbədə belə bir sual yaranır: müraciəti imzalayanlar o dövrdə
Azərbaycanın, Ermənistanın harada olduğunu bilirdilər? Heç
şübhəsiz, bilmirdilər. Həmin dövrdə Azərbaycan da, Ermənistan da
SSRİ-nin tərkib hissəsi idilər. Belə olan təqdirdə soruşulur: Con
Kerri və digərləri belə bir müraciəti edərkən hansı motivləri əsas
götürüblər? Onlar ilk növbədə ermənilərin maraqlarını ifadə
ediblər. ABŞ siyasi sistemini bilən hər bir şəxsə aydındır ki,
istənilən senator və ya konqresmen heç bir zaman maliyyə və digər
maraqları təmin edilmədən elə bir sənədə hissiyyatla qol
çəkməzdi”.
M. Qasımlı C. Kerrinin ABŞ-ın nüfuzuna xələl gətirdiyini
bildirib.
“Belə bir şəxsin bu gün Birləşmiş Ştatların xarici siyasətinə
rəhbərlik etməsi ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Con
Kerri dövlət katibi olandan bəri, ABŞ-a kimsə hörmət və etibar
etmir, inanmır. Hər kəs ABŞ-ı arzuolunmaz qonaq hesab edir. Bütün
bunlar hamısı Con Kerrinin həyata keçirdiyi və ABŞ milli
maraqlarına xələl gətirən xarici siyasətin təzahürüdür. ABŞ-ın
maraqları Ermənistanı müdafiə etmək deyil. Bu, yanlış addımdır,
ikili standartdır. Şübhəsiz belə bir müraciətin arxasında
korporativ maraqlar dayanır”, - deyə Milli Məclisin üzvü qeyd
edib.
Asif Nərimanlı
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO
-
Magazin25 Dekabr 21:00
Ağ və qara paltarlarının SİRRİ AÇILDI
-
Sosial5 Dekabr 20:25
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Magazin15 Dekabr 20:20
Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO