Nida.az
Prezident: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən deyib.
Dövlət başçısı qeyd edib: "Ukraynanın ərazi bütövlüyünün həllinə gəlincə, biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, biz də istəyirik ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi bütövlüyü 20 ildən çoxdur ki, Ermənistan tərəfindən pozulub. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT Baş Assambleyasında aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik. Hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir və ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz və əgər bu pozulursa bərpa olunmalıdır".
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO