Dərbəndin ləzgi rəhbərinin azərbaycanlılara qarşı müdhiş planı - ŞOK
Bizi izləyin

Nida.az

Dərbəndin ləzgi rəhbərinin azərbaycanlılara qarşı müdhiş planı - ŞOK

Dərbənd şəhər məclisinin sədri İmam Yarəliyev azərbaycanlılara qarşı kampaniyaya başlayıb.


Publika.az-ın Dərbənddəki mənbələrdən əldə etdiyi məlumata görə, dünən şəhər ictimaiyyətinin nümayəndələri və Ağsaqqallar Şurasının iştirakı ilə məclis kitabxanasında toplantı keçirilib. Toplantıda 100-dən artıq insan iştirak edib.

İştirakçılar yanvarın 31-də İmam Yarəliyevin istefası tələbi ilə mitinq keçirmək istəyən azərbaycanlıları ittiham edərək bunun yolverilməz hal olduğunu bildiriblər.


“Toplantıda Dağıstan rəhbərinin Cənubi Dağıstan üzrə xüsusi nümayəndəsi Musaəfəndi Qənimatovun iki köməkçisi də iştirak edib. Çıxış edənlər azərbaycanlıların davranışını pisləyib, İmam Yarəliyevə dəstək olacaqlarını qeyd ediblər. Sonda Rusiya prezidenti Vladimir Putinə, onun Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Məlikova, Dağıstan rəhbəri Ramazan Abdulatipova müraciət ünvanlanıb. Müraciət İmam Yarəliyevə dəstək xarakteri daşıyır və azərbaycanlıların mərkəzi hakimiyyətə qarşı çıxdığı diqqətə çatdırılır”, - deyə məlumatda bildirilib.


Mənbə bu kampaniyanın İmam Yarəliyev tərəfindən başladıldığını qeyd edib.


Qeyd edək ki, Dərbənd azərbaycanlıları yanvarın 31-də şəhər mərkəzində kütləvi mitinq keçirməyi planlaşdırır.Mitinqin məqsədi şəhər məclisinin sədri İmam Yarəliyevin istefasıdır. Şəhər meriyası və Ədliyyə Nazirliyi mitinqə icazə verməsə də, azərbaycanlıların bu addımda israrlı olduğu deyilir (http://publika.az/p/61515).

Məlumata görə, İmam Yarəliyev mərkəzi hakimiyyətin dəstəyini əldə edərək, azərbaycanlıları şəhərdə sıxışdırmaq istəyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm