Nida.az
Azərbaycan Prezidenti Davosda görüşlər keçirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o
cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi
qlobal enerji layihələrinin önəmi vurğulandı.
Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə də görüşü olub.
Görüşdə Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın
perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində əlaqələrin
səviyyəsindən məmnunluq ifadə edildi.
Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və
beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair
fikir mübadiləsi aparıldı.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək