Nida.az
Abbas Abbasova qarşı qruplaşma – FOTO
Xəbər verdiyimiz kimi, Söyün Sadıqov “Azerros” daxilində ona yaxın qruplaşmanın köməyi ilə qurumun Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu zərərsizləşdirmək istəyir.
Publika.az-ın iki gün öncə yaydığı məlumata görə, yanvarın 17-də
keçirilən növbədənkənar qurultayda qurumun Abbas Abbasovun adamı
olan rəhbəri Asif Məhərrəmov sədrlikdən uzaqlaşdırılıb. Abbasovu
tam kənarlaşdırmaq üçün qruplaşma Ağsaqqallar Şurasının da ləğv
olunduğunu açıqlayıb. Lakin Abbasov hazırkı vəziyyətlə razılaşmaq
niyyətində deyil. O, keçirilmiş qurultayı tanımır və “Azerros”
daxilindəki qruplaşmaya qarşı hücuma hazırlaşır (http://publika.az/p/61452).
“Qurumun içində marginallığı ilə seçilən adamlar var. Bu qrupa
Sadıqov rəhbərlik edir. Söyün uzun müddət idi ki, “Azerros”a yaxın
buraxılmırdı. Təsir imkanları azalmışdı. Görünür, o, uzaqda olanda
da işi dayandırmayıb və qurumu içindən dağıtmaq planlarını
hazırlayıb. Bu işdə ona Nizami Bəşirov, Qalib Ağayev, Tahir
Hacıyev, Yusif Xıdırov kömək edir. Bu qruplaşma əvvəldən də qurumu
Abbasov - Məhərrəmov kurasiyasından almaq istəyirdi. Son proseslər
də bunu göstərdi. Ümumi hədəf isə Abbasovu ictimai-siyasi
proseslərdən uzaqlaşdırmaq, onun nüfuzunu zədələməkdir”, - deyə
“Azerros”a yaxın mənbə baş verənləri belə izah edib.
Bu xəbərlər fonunda sosial şəbəkələrdə yayılmış bir foto diqqət
çəkir. Söyün Sadıqov və Yusif Xıdırovun yer aldığı fotoda Əşrəf və
Vasif adlı əlavə iki şəxs də var.
İddialara görə, həmin şəxslər də Abbasova qarşı qruplaşmada Söyün Sadıqova dəstək verirlər.
Asif Nərimanlı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı